Icma.az
close
up
RU
Jaklin Kennedi özünü paparassilərdən necə qoruyub?

Jaklin Kennedi özünü paparassilərdən necə qoruyub?

Icma.az bildirir, Lent az portalına istinadən.

Paparassilərin ən məşhur qurbanlarından biri şahzadə Diana hesab olunur - o, təqiblər səbəbindən avtomobil qəzasına düşmüşdü. Lakin ondan əvvəl də paparassilərin rahatlıq vermədiyi başqa bir qadın olub - Jaklin Kennedi.

Lent.az xarici mənbəyə istinadən Jaklin Kenndedi haqqında maraqlı məlumatları təqdim edir.

Hər şey 1960-cı illərin sonlarında başlayıb. Jaklin ikinci dəfə ailə qurmaq qərarına gəlib. Özünü və uşaqlarını təmin etmək məqsədilə o, yunan milyoneri Aristotel Onassislə evlənib. Toy 1968-ci il oktyabrın 20-də baş tutub və bundan sonra o, ərinin soyadını götürərək Jaklin Onassis olub. Beləliklə, o, ABŞ prezidentinin dul arvadı kimi Səfirlik Mühafizə Xidmətinin qorunması hüququnu itirib. Həmçinin bu evlilik ona ciddi mənfi təbliğat qazandırıb – cəmiyyət onun bu addımını kəskin şəkildə tənqid edib. Xüsusilə də o səbəbdən ki, Jaklin katolik idi və ikinci dəfə ailə qurmuşdu, özü də keçmiş həyat yoldaşı hələ sağ olan bir kişi ilə.

Katolik kilsəsi boşanmanı tanımadığı üçün bəzi tənqidçilər Jaklini “ictimai günahkar” adlandırıblar. Bu mənfi təbliğat nəticəsində paparatsilər onun ardınca düşüblər və onu “Ceki O” adlandırmağa başlayıblar.

Onu daim təqib edən israrlı fotoqraflardan biri Mel Finkelşteyn olub. 1969-cu ildə o, növbəti dəfə Jaklinin şəklini çəkmək istəyərkən, qadın bu dəfə dözməyib və ona qarşı güc tətbiq edib. Hadisə oktyabrın 5-də baş verib – Cekli İsveç istehsalı olan “Mən maraqlanıram – sarı film” filmini izləyib geri qayıdarkən. Fotoqraf məlumat alıb ki, keçmiş birinci xanım kinoteatrdadır və digər paparatsilərlə birlikdə onu çəkmək üçün gözləyib.

Cekli kinoteatrdan çıxanda onu əhatəyə alıblar və ardınca düşüblər. İnanmaq çətindir, lakin Finkelşteyn ona çox yaxınlaşdıqda, Cekli onun biləyindən tutaraq onu budunun üstündən aşırıb. Mel təəccüb içində qalıb ki, Ceklinin onu yerə yıxmaq üçün gücü çatıb. O, sadəcə yoluna davam edib, fotoqraf isə yerə yıxılmış vəziyyətdə, kamerasının qırılmış hissələri içində onun şəklini çəkə bilib.

Həmin gün Cekli qısa dəri ətək və açıq rəngli qolf geyinib. Obrazını kolqotka, hündürdaban ayaqqabılar, çanta və gün eynəyi ilə tamamlayıb. Üzünü paparassilərdən gizlətmək üçün isə başına Hermès brendinin “Astrologie” adlı yaylığını taxıb.

Lakin bu cüdo fəndi Cekliyə uzunmüddətli rahatlıq gətirməyib. Paparassilər illərlə onu və uşaqlarını təqib etməyə davam ediblər. Bu fotoqraflardan biri də Ron Qalella olub – o, daim onun arxasınca düşüb, icazəsiz şəkillər çəkib. Cekli nəticədə onun barəsində məhkəmə qərarı alaraq ona yaxınlaşmağı qadağan etdirib. Amma bu qadağa əksinə olaraq, Qalellanı daha da məşhur edib. 2010-cu ildə onun həyatı və karyerası haqqında “Smash His Camera” adlı sənədli film təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 May 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri