Jan Biql: İqlim dəyişmələri hüquqədalət məsələləri ilə çox sıx bağlıdır
Icma.az, Sonxeber.az portalına istinadən məlumatı açıqlayır.
"Beynəlxalq hüquq iqlim həssaslığının öhdəsindən gəlmək üçün önəmli bir alət ola bilər. Çünki iqlim dəyişmələri hüquq-ədalət məsələləri ilə çox sıx bağlıdır".
Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq İnkişaf Hüququ Təşkilatının Baş Direktoru Jan Biql Bakıda COP29-un Yaşıl Zonasında keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, iqlim dəyişmələri hamıya təsir edir, amma hər kəsə eyni dərəcədə yox:
"Bu da qeyri-bərabərlik və ədalətsizliyin göstəricisidir. Xüsusən də həssas təbəqə olan qadınlar və uşaqlar bundan daha çox təsirlənirlər. Bu konsepsiyanın təməlində o dayanır ki, "iqlim ədaləti" termini müxtəlif insanlar üçün fərqli məna kəsb edir. İqlim dəyişmələrinin həllində də ədalətli həll yolları olmalıdır.
Parlamentarilər bu işdə rol oynamalı, şəffaf, dayanıqlı və yaşıl artım, iqlimə uyğun infrastruktur üçün əlverişli şərait yarada bilərik ki, bu, həm insanlar, həm də planet üçün xeyirlidir".
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 17 Noyabr 2024 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















