Icma.az
close
up
RU
Jandos Şaymardanov: Azərbaycan ilə Ermənistan arasında imzalanmış sülh bəyannaməsi Türk dünyasının ortaq qələbəsidir

Jandos Şaymardanov: Azərbaycan ilə Ermənistan arasında imzalanmış sülh bəyannaməsi Türk dünyasının ortaq qələbəsidir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 29 sentyabr, AZƏRTAC

Ötən illər ərzində TDT-nin inkişaf yolu göstərdi ki, ölkələrimiz təkcə mədəni və sivilizasiyalararası əməkdaşlıq məsələlərində deyil, həm də beynəlxalq arenada Türk dünyasının roluna və yerinə dair ortaq baxış formalaşdırmaq istiqamətində yaxınlaşıb. Qlobal nizam yeni mərhələyə qədəm qoyur və bu mərhələ üç üst-üstə düşən qeyri-müəyyənlik təbəqəsi ilə xarakterizə olunur. Birincisi, geosiyasi rəqabət intensivləşərək çoxtərəfliliyin prinsiplərini parçalayır. Strateji qarşıdurmalar ticarət, təhlükəsizlik və texnologiya müstəvilərini yenidən formalaşdırır və dünyanı az proqnozlaşdırılabilən bir məkana çevirir. İkincisi, qlobal institutlar ciddi təzyiq altındadır. Üçüncüsü isə bir vaxtlar sabitlik dayağı kimi çıxış edən mexanizmlər yeni reallıqlara uyğunlaşmaqda çətinlik çəkir və əməkdaşlığa ən çox ehtiyac duyulan məqamda idarəetmədə boşluqlar yaranır. Həmçinin hibrid və transmilli təhdidlər – kiberhücumlar, dezinformasiya, iqlim dəyişiklikləri və resurs təhlükəsizliyi problemləri – sürətlə çoxalır. Bu çağırışlar sərhəd tanımır, lakin cəmiyyətlərimizin təhlükəsizliyinə, rifahına və birliyinə birbaşa təsir göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Jandos Şaymardanov Bakıda "Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda keçirilən konfransda söyləyib.

O bildirib ki, təşkilat yalnız mədəniyyət və tarixdən güc alan bir birlik deyil, həm də qlobal qeyri-müəyyənliyin ən yüksək həddə çatdığı dövrdə sülh və sabitliyə töhfə verməyə unikal şəkildə hazır olan bir platformadır.

"Azərbaycan ilə Ermənistan arasında ABŞ-da imzalanmış sülh bəyannaməsi tarixi hadisədir. Bu nailiyyət bütövlükdə Türk dünyasının ortaq qələbəsi kimi qiymətləndirilməlidir. O infrastrukturun təkcə iqtisadi deyil, həm də siyasi sabitlik və uzunmüddətli əməkdaşlıq zəmanəti rolunu oynayacağı bir mühit yaradır",- deyə J.Şaymardanov vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri