Japarov: Ərdoğan Qırğızıstanın Türkiyəyə olan xarici borcunu sildi
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2024-cü il noyabrın 5-də Qırğızıstan və Türkiyə liderləri - Sadır Japarov və Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüşdən sonra mətbuat konfransı keçirilib və ikitərəfli danışıqlara yekun vurulub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tazabek nəşri yayıb.
Xatırladaq ki, Türkiyə prezidenti noyabrın 4-dən 6-dək Qırğızıstanda dövlət səfərində olacaq.
Sadır Japarov çıxışı zamanı ölkənin Türkiyəyə olan xarici borcunun silindiyini açıqlayıb.
“Qırğızıstanın Türkiyəyə olan xarici borcunu silmək qərarına görə prezident Ərdoğana minnətdarlığımı bildirmək istəyirəm”, - Sadır Japarov bildirib.
Belə ki, Türkiyə Respublikası yaşıl iqtisadiyyat layihələri müqabilində Qırğızıstanın 62,3 milyon dollarlıq xarici borcunu silib. Bundan əvvəl Almaniya da “yaşıl” təşəbbüslərin həyata keçirilməsi müqabilində 14 milyon dollar xarici borcunu silmişdi.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 05 Noyabr 2024 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















