Japarov: Prezident seçildikdən sonra onları bir günə məhv etdim
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“35 illik müstəqillik dövründə əhalisi 7 milyon olan kiçik ölkə - Qırğızıstanda üç inqilab baş verib”.
Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov ABŞ-Qırğızıstan Biznes Şurasının iclasında deyib.
“Sonuncu inqilabdan sonra məni prezident seçdilər, başa düşürdüm ki, vəziyyəti düzəldə bilməsəm, vətəndaşlarımız artıq heç kimə inanmayacaqlar. 2020-ci ilə qədər ölkədə cinayətkarlıq çiçəklənirdi, özbaşınalıq edirdilər, artıq dövlət sisteminə də nüfuz etmiş, ən yüksək vəzifələrə qədər gəlib çıxmışdılar. Biz bir sutka ərzində mütəşəkkil cinayətkar qrupları məhv etdik, onları həbsxanaya saldıq”, - prezident bildirib.
Japarov qeyd edib ki, ölkə iqtisadiyyatının yüksəlişi məhz cinayətkarlığın aradan qaldırılması, eləcə də korrupsiya ilə mübarizə ilə bağlıdır:
“Əvvəllər pullar kriminal qruplara və korrupsiyaya qurşanmış məmurlara gedirdi, indi isə büdcəyə daxil olur. Son dörd ildə artım ən azı 10 faiz təşkil edib, bu il isə 11,1 faizdir. Yaxın 15 il ərzində bu tempi qoruyub saxlamağı planlaşdırırıq.
Cinayətkarlıqla mübarizə çətin olmadı, bunu bir gün ərzində etdik, amma korrupsiya ilə mübarizənin daha çətin olduğu ortaya çıxdı, onu hələ də tamamilə aradan qaldırmamışıq. Bəli, korrupsiya əhəmiyyətli dərəcədə azalıb və əgər bu gün Qırğızıstana gəlib istənilən sahədə işləsəniz, tamamilə başqa ölkə görəcəksiniz. Vergiləri ödəyib dürüst işləsəniz, yaxşı biznes qurmaq mümkündür”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 22 Sentyabr 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















