Icma.az
close
up
RU
Japarovdan ŞOK addım: Ən yaxın KONKRET

Japarovdan ŞOK addım: Ən yaxın KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qırğızıstan Prezidenti Sadır Japarov güc strukturlarında genişmiqyaslı kadr dəyişikliklərinə start verib. Dövlət Təhlükəsizliyi üzrə Dövlət Komitəsinin (DTK) sədri Kamçıbek Taşiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı prezidentin müvafiq fərmanı bu gün rəsmi şəkildə dərc olunub. Bu qərar ölkənin siyasi dairələrində ciddi rezonans doğurub və hakimiyyət daxilində mühüm dəyişikliklərin göstəricisi kimi qiymətləndirilir.

KONKRET.az xəbər verir ki, DTK-nın rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq Jumqalbek Şabdanbekova həvalə olunub. Kamçıbek Taşiyev bu posta 16 oktyabr 2020-ci ildə təyin edilmişdi və həmin dövrdən etibarən təhlükəsizlik blokunun əsas fiqurlarından biri kimi çıxış edirdi.

Kamçıbek Taşiyevlə hazırkı prezident Sadır Japarov arasında uzun illərə söykənən münasibətlər Qırğızıstanın ən möhkəm və təsirli siyasi ittifaqlarından biri kimi dəyərləndirilirdi. Onların əməkdaşlığı hakimiyyətə gəlişdən xeyli əvvəl, 2010-cu illərin əvvəllərində başlamışdı. Həmin dövrdə onlar bir sıra siyasi proseslərdə eyni mövqedən çıxış etmiş, 2012-ci ildə baş vermiş ortaq cinayət işi isə şəxsi bağlarını daha da gücləndirmişdi.

2020-ci ilin oktyabr hadisələrindən sonra bu tandem tam şəkildə formalaşdı. Sadır Japarov prezident postunu tutdu, Kamçıbek Taşiyev isə DTK-nın rəhbəri təyin olunaraq güc blokunun əsas dayağına çevrildi. Ekspert dairələrində onların ittifaqı ölkənin ən güclü siyasi duetlərindən biri hesab olunurdu və Taşiyev ətrafında baş verən hər hansı kadr dəyişikliyi hakimiyyət konfiqurasiyasında ciddi dəyişikliklərin əlaməti kimi qəbul edilirdi.

Son dövrlərdə siyasi çevrələrdə DTK rəhbərinin qarşıdan gələn prezident seçkilərində iştirak edə biləcəyi ilə bağlı şayiələr yayılmışdı. Lakin Kamçıbek Taşiyev dəfələrlə prezident yarışında iştirak etmək niyyətində olmadığını və Sadır Japarovu dəstəklədiyini bəyan etmişdi. Qırğızıstan mediası yazır ki, buna baxmayaraq, onun istefası ölkənin siyasi gələcəyi ilə bağlı yeni suallar doğurub.

Natiq Səlim,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Fevral 2026 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri