Icma.az
close
up
RU
“Jasmine Park”ın sakinləri kupça ala bilmirlər Şərurlu İsfəndiyara inandıq

“Jasmine Park”ın sakinləri kupça ala bilmirlər Şərurlu İsfəndiyara inandıq

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xırdalan şəhər "Jasmine Park" yaşayış kompleksinin sakinləri əmlak hüquqlarının təmin edilmədiyini deyirlər. 

Milli.Az xəbər verir ki, qafqazinfo.az-a müraciət edən vətəndaşların sözlərinə görə, illər öncə ödənişini edib aldıqları mənzilin çıxarışı hələ də verilməyib.

Sakinlər bu kompleksin tikintisinin 2020-ci ildə başladığını və həmin vaxt da buradan mənzil aldıqlarını əlavə ediblər: "Jasmine Park"dan mənzili alarkən inşaat işləri katlavan mərhələsində idi. Baxmayaraq ki, ortada nə bina, nə də mənzil var idi, biz Şərurlu İsfəndiyara inanıb sərmayə qoyduq və mənzil aldıq. O zaman satış meneceri bizi əmin etdi ki, binalar hazır olan kimi bütün kommunal xidmətlər və daşınmaz əmlakın dövlət reyesterindən çıxarış təmin ediləcək. 2022-ci ildə binalar tam hazır idi. Elə biz də həmin il yeni mənzilimizə köçdük. Baxmayaq ki, ev üçün 5 il əvvəl ödəniş etmişik, bizim hələ də əmlak hüququmuz təmin edilməyib. Mənzillərimizin çıxarış alması üçün müvafiq dövlət qurumuna müraciət edilmir ki, əmlakımız qeydiyyata alınsın". 

Şikayətçilərin əllərində olan sənəd isə yalnız "Şərur MTK"dan mənzil almaq barədə müqavilə və maliyyə arayışıdır: "Bu vəziyyətlə bağlı "Şərur inşaat"ın məsul şəxslərinə müraciət etsək də, sualımız cavabsız qalır. Onlar "kupça"ların nə vaxt veriləcəyini demirlər. İsfəndiyar Axundov isə mövzu ilə bağlı sakinləri nə qəbul edir, nə də ki, şikayətlərini dinləyir. Köməkçisi vasitəsilə sakinlərə deyir ki, kompleks tam hazır olduqdan sonra çıxarışlar veriləcək. Bu kompleksin inşaatı, yuxarıda da qeyd etdiyimiz kimi 2020-ci ildə başlayıb. Deyilənə görə, ümumilikdə 12 bina tikintisi nəzərdə tutulub. 5 il ərzində 4 bina tikilib. Qalan 8 binanın isə nə zaman tikiləcəyi bəlli deyil. Hazırda cəmi üç əlavə binanın inşaat prosesi davam edir. 5 il ərzində 4 bina tikiblərsə, əlavə 8 binanın tikintisi üçün ən yaxşı halda 10 il tələb oluna bilər. Həmin vaxta qədər sakinlərin əmlak hüquqlarının pozulması davam edə bilməz. Çünki insanlar nağd şəkildə ödəniş edərək evlərinin çıxarışını almalıdırlar. Bu onların konstitusion hüquqlarıdır". 

Belə bir vəziyyətdə sakinlər təbii olaraq aldıqları evlərə qeydiyyyata da düşə bilmirlər: "Bəzi sakinlər övladlarını məktəbə və ya uşaq bağçasına yazdırmaqdan ötrü polis idarəsində qeydiyyata düşürlər. "Jasmine Park"da evləri olduğu halda ora qeydiyyata düşə bilmirlər. Sənəd məsələsinin həll olunmaması şirkətin maraqlarına uyğundur. Çünki mənzillərini satmaq istədikdə məcburən şirkətə müraciət edirlər. Alqı-satqı müqaviləsinin dəyişdirilməsi şirkətdə həyata keçirilir. Müqavilənin dəyişdirilməsi üçün şirkət sakinlərdən qeyri-qanuni şəkildə 3000 manat vəsait tələb edir. Mənzilin çıxarışı olacağı təqdirdə, daha az dövlət rüsumu ödəməklə alqı-satqı ola bilərdi. Lakin şirkət çıxarışları verməməklə özü üçün əlavə qazanc yeri təmin edir. Belə ki, hər alqı-satqı prosesindən əlavə 3 min manat qazanır ki, bu da qanunsuzdur. Həmin 3 min manatın qeydiyyatı aparılmır və heç bir vergi prosesinə cəlb edilmir. 

İşin maraqlı tərəfi budur ki, "Şərur inşaat"ın inşa etdiyi binaların əksəriyyətində 10 illər keçməsinə baxmayaraq, çıxarışlar təqdim olunmayıb".

İddialarla bağlı Şərur MTK ilə əlaqə saxladıq. Şirkətin Mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova şikayətlər haqda bunları dedi: "Tikinti kompleksi 11 girişdən ibarətdir, 4 girişi hazırdır. Qalanlarının tikintisi isə davam etdirilir. Tikinti tam başa çatdıqdan sonra istismara veriləcək". 

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Aprel 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri