“Jeton” və baxış naminə həyatlarını təhlükəyə atırlar Görüntülər narahatlıq doğurdu (Video)
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sosial şəbəkələrdə yayılan bəzi görüntülər ictimaiyyətdə ciddi narahatlıq yaradıb.
Milli.Az-ın məlumatına görə, belə ki, daha çox izləyici toplamaq və canlı yayımlarda "jeton" qazanmaq istəyən bəzi yeniyetmələr təhlükəli hərəkətlər edərək həm öz həyatlarını, həm də ətrafdakı insanların təhlükəsizliyini riskə atırlar.
TikTok platformasında yayılan kadrlarda onların yüksək riskli davranışlar nümayiş etdirdiyi, təhlükəsizlik qaydalarına məhəl qoymadığı görünür. Bu cür paylaşımlar qısa zamanda geniş yayılaraq sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.
İzləyicilərin əksəriyyəti bu cür davranışları məsuliyyətsizlik kimi qiymətləndirərək, sosial media uğrunda həyatın təhlükəyə atılmasının yolverilməz olduğunu bildiriblər. Bir çox istifadəçi valideynlərin və aidiyyəti qurumların bu məsələyə daha həssas yanaşmasının vacibliyini vurğulayıb.
Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, sosial şəbəkələrdə populyarlıq və ya maddi qazanc naminə edilən təhlükəli hərəkətlər ağır xəsarətlərə, hətta faciəvi nəticələrə səbəb ola bilər. Buna görə də yeniyetmələrin internetdən təhlükəsiz istifadə qaydaları barədə maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 13 İyul 2026 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















