Jirinovski ilə bağlı addım atıldı Putinin qərarına işarə
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Liberal Demokrat Partiyasının yaradıcısı Vladimir Jirinovskinin daha bir abidəsi tikilə bilər.
Globalinfo.az xəbər verir ki, deputat Anton Ananyin belə bir təşəbbüs irəli sürüb.
O, Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitinə müraciət edib və 2026-cı ildə LDPR-nin yaradıcısı Jirinovskinin anadan olmasının 80 illiyinin olduğunu xatırladıb.
Həmçinin Rusiya Prezidenti Vladimir Putinin yubileyin qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi haqqında sərəncam imzalamasına diqqət çəkib.
“Sizdən xahiş edirəm, Nijni Novqoroddakı adsız meydanlardan birinə Vladimir Jirinovskinin adının verilməsi və orada siyasətçinin abidəsinin ucaldılması təşəbbüsümüzə dəstək verəsiniz”, – Ananyin yazıb.
Abidənin tikintisinin özəl investisiyalar hesabına həyata keçirilməsi planlaşdırılır.
Ananyin qeyd edib ki, artıq Moskvada Jirinovskinin abidəsi var.
Qeyd edək ki, 2024-cü ildə Sevastopolda Vladimir Jirinovskinin abidəsinin açıla biləcəyi xəbəri yayılmışdı.
Əliyar Xəlil
Globalinfo.az


