Icma.az
close
up
RU
Joan Laporta: “Barselona” heç vaxt hakimlərə rüşvət verməyib”

Joan Laporta: “Barselona” heç vaxt hakimlərə rüşvət verməyib”

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

“Barselona”nın prezidenti Joan Laporta “Real Madrid”in baş məşqçisi Florentino Peresin “Neqreyra işi” ilə bağlı “blauqrana”ya qarşı tənqidinə cavab verib.

İdman.Biz bildirir ki, 2023-cü ildə “blauqrana” İspaniya Kral Futbol Federasiyasında (RFEF) çalışan Texniki Hakimlər Komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Mariya Neqreyraya ödənişlərlə bağlı rüşvətxorluqda ittiham olunmuşdu. “Barselona” bu ödənişləri 2001-2018-ci illər arasında etməkdə ittiham olunurdu.

“Düşünürəm ki, bu ifadələr “Real Madrid”in “Barselona”ya qarşı maniyadan əziyyət çəkdiyini göstərir. Görünür, onlar nəyisə haqlı çıxarmaq üçün “Barselona” haqqında danışmalıdırlar. Onlar Neqreyra məhkəməsinin hər bir aspektinə müdaxilə edir və onu saqqız kimi uzadırlar, çünki orada heç nə olmadığını bilirlər, amma bu, doğru olmayan bir şeyi haqlı çıxarmağın bir yoludur.

“Barselona” heç vaxt hakimlərə rüşvət verməyib. Hakimlər ümumiyyətlə “Barselona”ya üstünlük vermirlər; əksinə, onlar bütün həyatları boyu Madridə üstünlük veriblər. Çox uzağa getməyək, “Madrid” son oyun günündə mənim fikrimcə, etibarsız olan iki qol vurdu. Bir halda Bellingem topa əli ilə toxundu, digərində isə Vinisius İnyaki Penyanın burnunu sındırdı. Bu iki qol sayılmamalı idi və “Barselona” hazırda La Liqanın zirvəsində olmalı idi”, - deyə “The Touchline” Laportanın sözlərini sitat gətirir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 Noyabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri