Jorj Kaşkilya: Biz bu gün qələbəyə daha yaxın idik
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İmişli" Misli Premyer Liqasının 17-ci turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Nəticəyə görə ruhdan düşmüşük. Çünki yaxşı oyun nümayiş etdirdik. Nəticə fərqli olmalı idi. Oyun çox çətin keçdi. "Araz-Naxçıvan"ın yeni baş məşqçisi olduğu üçün komanda çox motivasiyalı idi. Futbolçular özlərini yaxşı tərəfdən göstərmək istəyirdilər. Rəqib güclü komandadır, avrokuboklara vəsiqə uğrunda mübarizə aparırlar. Oyun bərabər şəraitdə keçdi. Hər iki komanda mübarizə aparırdı. 4 standart vəziyyətdən qol vuruldu. Əlavə olunmuş dəqiqələrdə qol buraxmaq üzücüdür. Biz bu gün qələbəyə daha yaxın idik.
- Bəzi klublara heyətə düşməyən futbolçuları icarəyə götürməklə bağlı müraciət etdiyiniz və mənfi cavab aldığınız deyilir. Nəyə görə belə alındı?
- Qış transfer pəncərəsində oyunçu gətirmək çox çətindir. Bu çətinliklərə görə futbolçu transfer edə bilmədik.
- Dioqo Almeydanın adı "Turan Tovuz"la hallanır. Onun mümkün gedişinə hazırsız?
- Bu sual klub rəhbərliyinə verilməlidir. Biz məşqçi olaraq əlimizdə olan futbolçularla işləməliyik. Almeyda hazırda bizim oyunçumuzdur.
- Hakimliklə bağlı fikirləriniz necədir? 2:1 öndə olarkən penalti gözlədiyiniz epizod var idi...
- Penaltiyə oxşayırdı. Amma epizodun təkrarı verilmədi. Ona görə də dəqiq cavab verə bilmərəm.
- Son illər Portuqaliyanın II Liqasından Azərbaycana gələn futbolçular burada uğurlu olur. Siz bir portuqaliyalı olaraq növbəti mövsüm üçün "İmişli"yə ölkəmizdən oyunçu gətirməyi planlaşdırırsız?
- Hazırda o barədə düşünməyin yeri yoxdur. Çünki bizim əsas məqsədimiz bu mövsümün sonuna qədər nəticələr qazanmaqdır. Hər şey büdcədən asılı olacaq. Portuqaliyada maaş daha yüksəkdir. Gələcəkdə bu barədə düşünəcəyik.
Elçin Əlixan
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 23 Yanvar 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















