Jorje Jesus “Əl Nəsr”dən getdi
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunu çempion edən portuqaliyalı baş məşqçi Jorje Jesus postundan ayrılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi “X” hesabında məlumat yayılıb.
“Nə unudulmaz bir macəra idi. Necə bir şanlı səhifə yazıldı... Təşəkkürlər, mister!”, – deyə klub portuqaliyalı mütəxəssisə bu sözlərlə vida edib:
Qeyd edək ki, Səudiyyə Pro Liqasının sonuncu – 34-cü turunda “Əl Nəsr” öz meydanında “Damak” klubunu 4:1 hesabı ilə darmadağın edərək xallarını 86-ya çatdırıb və mövsümü çempion kimi başa vurub. Bu, komandanın dünya ulduzu Kriştianu Ronaldonun 2023-cü ildəki gəlişindən sonra əldə etdiyi ilk çempionluqdur.
Xatırladaq ki, Jesus “Əl Nəsr”in sükanı arxasına 2025-ci ilin iyulunda keçmişdi. Buna qədər isə o, Səudiyyə Ərəbistanının digər nəhəngi – 2023-cü ilin yayından rəhbərlik etdiyi “Əl Hilal” klubundan istefaya göndərilmişdi.
Baxış sayı:112
Bu xəbər 29 May 2026 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















