Jorje Jesuş “Fənərbaxça”ya qayıdır? “Bitməmiş hekayəm var”
Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
“Fənərbaxça”nın sabiq baş məşqçisi Jorje Jesuş gələcək karyerası ilə bağlı açıqlama verib.
Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis İstanbul klubuna mümkün qayıdış ehtimalını istisna etməyib.
Jesuş yeganə çempion ola bilmədiyi liqa olaraq Türkiyə çempionatını misal çəkib:
“Çempion ola bilmədiyim, amma kubok qazandığım yeganə klub “Fənərbaxça”dır. Bəlkə də “Fənərbaxça”da hələ bitməmiş, tamamlanması lazım olan bir hekayəm var”.
Təcrübəli mütəxəssisə “Fənərbaxça”ya gedirsiniz?” sualı da ünvanlanıb. Jesuş bu ehtimalı açıq saxlayıb:
“Bu, ehtimallardan biridir. Bunu düşünəcəyəm. Amma əvvəlcə tətil üçün Portuqaliyaya, sonra Braziliyaya gedəcəyəm. Daha sonra yeni mövsümdə harada olacağımı birlikdə görəcəyik”.
Qeyd edək ki, Jorje Jesuş 2022/23 mövsümündə “Fənərbaxça”nı çalışdırıb və komanda onun rəhbərliyi altında Türkiyə Kubokunu qazanıb.
DÇ-2026: ALMANİYA MİLLİSİNİN HEYƏTİ AÇIQLANDI "Arsenal"dan yeni transfer həmləsi "Benfika" Mourinyonun əvəzedicisini tapdı Zaniolo A Seriyasında qalacaq Super Liqa klubunda yeni müqavilə - RƏSMİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 22 May 2026 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















