Joze Mourinyo: Bəzi oyunlarda televizoru 10 dəqiqədən sonra söndürdüm
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Real"ın baş məşqçisi Joze Mourinyo 2026-cı il dünya çempionatının qrup mərhələsi ilə bağlı təəssüratlarını bölüşərək, bütün oyunları sona qədər izləyə bilmədiyini etiraf edib. Portuqaliyalı mütəxəssis bu barədə "yutub" kanalında qonaq olduğu "Beast Mode On" podkastında danışıb:
"Düzünü desəm, etiraf etməliyəm ki, bəzi oyunlarda televizoru 10 dəqiqədən sonra söndürdüm. Mənim üçün dünya çempionatı zirvənin zirvəsidir.
Sosial baxımdan bunun inanılmaz dərəcədə vacib olduğunu başa düşürəm. Bu, hər bir ölkə üçün inanılmazdır. Bu o deməkdir ki, dünya futbolla çiçəklənir, amma sosial aspekt bir şeydir, təmiz idman isə başqa. 7-1, 5-1 hesabları... Bu, dünya çempionatıdır.
Düşünürəm ki, mundialı pley-off mərhələsində izləməyə başlayacağam... Bundan əlavə, yaxşı bir şam yeməyi yeməyə və yaxşı yatmağa vaxtım oldu. Səhər saat üçə qədər oyaq qalmadım".
Qeyd edək ki, Mourinyo bu yay "Real"ın "sükanı arxasına" keçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 30 İyun 2026 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















