Joze Mourinyo: “Problem bugünkü yox, “Qarabağ”a məğlubiyyətdədir”
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Benfika"nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 2-ci turunda "Çelsi"yə məğlubiyyəti (0:1) şərh edib. Sport24.az xəbər verir ki, o, bu barədə UEFA-nın rəsmi saytına açıqlama verib:
"Matçlar arasında cəmi iki gün vaxt var var idi və biz məşq etmədik, sadəcə, bərpa olunduq. Meydandakı güclü tərəflərimdən biri, hətta belə adlandırmaq olarsa, mənim məşqlərimdir, amma buna vaxtımız yox idi. Hazırda futbolçular üzərində güclü təzyiq var.
Problem bugünkü yox, "Qarabağ"a məğlubiyyətdədir. Düşünürəm ki, bu gün bir xal almaq üçün kifayət qədər çalışdıq, amma yenə də bacara bilmədik. Çalışdıq. Bu kifayət deyildi, amma eybi yoxdur. Yenə də təəssüratlar müsbətdir".
Qeyd edək ki, II turdan sonra aktivində 3 xal olan "Çelsi" 17-ci yerdədir. Xalı olmayan "Benfika" 30-cu pillədə qərarlaşıb. 3-cü turda "Çelsi" "Ayaks"la (22 oktyabr), "Benfika" isə "Nyukasl"la (21 oktyabr) qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 01 Oktyabr 2025 08:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















