Joze Mourinyo Xavyer Tebasa cavab verdi: “Hər şeyin bir həddi var”
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Real Madrid” klubunun baş məşqçisi Joze Mourinyo İspaniya La Liqasının prezidenti Xavyer Tebasın açıqlamalarına sərt reaksiya verib.
İdman.Biz "AS" nəşrinə istinadən xəbər verir ki, qalmaqala Tebasın “X” sosial şəbəkəsində paylaşdığı fikirlər səbəb olub. O, “Real Madrid TV”nin fəaliyyətini nasist Almaniyasının təbliğat naziri olmuş Yozef Göbbelsin metodları ilə müqayisə edib.
“Bu metod Göbbelsin istifadə etdiyi təbliğat mexanizmlərini xatırladır: fikirlərin sistemli şəkildə təkrarlanması, düşmən obrazının yaradılması və faktların müəyyən bir narrativə uyğunlaşdırılması”, - deyə La Liqanın rəhbəri yazıb.
Daha sonra Tebas bildirib ki, o, yalnız təbliğat üsullarını müqayisə edib, nasist ideologiyasını nəzərdə tutmayıb. Həmçinin vurğulayıb ki, sözləri “Real Madrid” azarkeşlərinə ünvanlanmayıb.
Lakin bu izahatlar Madrid klubunu qane etməyib. “Real Madrid” rəsmi bəyanat yayaraq La Liqanın prezidentinin istefasını tələb edib.
Qalmaqalla bağlı fikri soruşulan Mourinyo məsələyə ətraflı münasibət bildirmək istəməsə də, Tebasın sözlərini qəbuledilməz hesab etdiyini açıq şəkildə ifadə edib.
“Bu barədə danışmaq istəmirəm. Hər şeyin bir həddi var. Onun üçün yeganə mümkün bəhanə bunun klinik hal olması olardı. Əks halda, heç bir bəhanə qəbul edilə bilməz”, – deyə portuqaliyalı mütəxəssis bildirib.
Madrid klubunun baş məşqçisi azarkeşlərin baş verənləri yaxşı anladıqlarını da qeyd edib.
“Bu mövzunu dərindən müzakirə etmək istəmirəm. “Real Madrid” azarkeşləri nələrlə qarşılaşdıqlarını başa düşürlər”, – Mourinyo əlavə edib.
Mütəxəssisin fikrincə, bu cür münaqişələr İspaniya futbolunun beynəlxalq nüfuzuna mənfi təsir göstərir.
“Liqamızın xaricdəki nüfuzunu nəzərə alsaq, bu məsələni İspaniya daxilində saxlamağa çalışmaq, çirkli paltarları ictimaiyyət qarşısında nümayiş etdirməmək daha yaxşı olardı”, – deyə o vurğulayıb.
Beləliklə, “Real Madrid”lə La Liqa rəhbərliyi arasında növbəti qarşıdurma açıq münaqişəyə çevrilib. Qalmaqal fonunda Madrid klubu Tebasın istefasını tələb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 17 Oktyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















