Joze Mourinyonun agentləri İspaniya klubunun rəhbərliyi ilə əlaqə saxlayıb
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Benfika"nın baş məşqçisi Joze Mourinyonun nümayəndələri "Real" rəhbərliyi ilə əlaqə saxlayaraq məşqçinin xidmətlərini təklif ediblər. Sport24.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Mourinyonun agentləri Madrid klubunun rəsmilərinə bildiriblər ki, onun "Benfika" ilə müqaviləsində qarşılıqlı razılaşma əsasında sərbəst qalma bəndi var.
Qeyd edək ki, portuqaliyalı məşqçi 2010-dan 2013-cü ilə qədər "Real"ın "sükanı arxasında" olub. Komanda onun rəhbərliyi altında La Liqa, Kral Kuboku və İspaniya Super Kubokunu qazanıb. O, həmçinin 2011-ci ildə FIFA-nın "Dünyada ilin məşqçisi" mükafatına layiq görülüb.
Baxış sayı:111
Bu xəbər 23 Aprel 2026 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















