Joze Mourinyoya görə “Fənərbaxça”ya keçməkdən imtina etdi
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Bavariya"nın yarımmüdafiəçisi Brayan Saraqosa Joze Mourinyonun çalışdırdığı"Fənərbaxça"ya keçməkdən imtina edib. Sport24.az xəbər verir ki, bu barədə "Kicker" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 23 yaşlı ispaniyalı portuqaliyalı çalışdırıcının reputasiyasına görə bu addımı atıb. "Bavariya" isə yay "transfer pəncərəsində" futbolçunu satmaq niyyətindədir. Saraqosanı icarəyə götürmək istəyən bir neçə klubun olduğu da bildirilir.
Qeyd edək ki. Brayan 2024/25 mövsümündə "Bavariya"nın heyətində bütün turnirlərdə 28 matçda 1 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun alman klubu ilə müqaviləsi 2029-cu ilin yayında başa çatır.
Transfermarkt futbolçunun transfer dəyərini 12 milyon avro qiymətləndirir.


