JP: İsrail husilərə hücum üçün ABŞ vasitəsilə Ər Riyada məlumat ötürür
Azxeber.com saytına istinadən Icma.az xəbər verir.
İsrail hərbçiləri ABŞ-ın vasitəçiliyi ilə Səudiyyə Ərəbistanına Yəməndəki üsyançı "Ənsar Allah" hərəkatına (husilərə) qarşı hərbi əməliyyatına dəstək verə biləcək kəşfiyyat məlumatları ötürürlər.
Bu barədə "The Jerusalem Post" (JP) məlumatlı mənbəyə istinadən yazıb.
"Cümə axşamı hərbi idarənin nümayəndəsi təsdiqləyib ki, İsrail Müdafiə Ordusundan əhəmiyyətli həcmdə kəşfiyyat məlumatları husilərə qarşı döyüş əməliyyatlarını dəstəkləmək üçün əvvəlki kimi Amerika tərəfi vasitəsilə Səudiyyə Ərəbistanına göndərilir", - nəşr bildirib.
Beləliklə, JPost-un həmsöhbətinin izahına görə, İsrail rəhbərliyi gələcəkdə ona qarşı düşmənçilik fəaliyyəti planlaşdıran rəqibinin döyüş potensialını zəiflədir. Bundan əlavə, İsrail tərəfi regionda qarşıdurma zamanı istifadə olunan silahlı mübarizə üsullarını və taktiki gedişləri təhlil edir.
Mənbə həmçinin qeyd edib ki, regionun digər dövlətləri Ər-Riyadın husilərə qarşı keçirdiyi əməliyyatı diqqətlə izləyir və oxşar silahlı qruplaşmaların onlara qarşı da istifadə oluna biləcəyindən narahatlıq keçirirlər.
///report///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 22 Oktyabr 2026 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















