Juan Feliksin Ən Nəsr ə keçəcəyi təqdirdə qazanacağı məbləğ bəlli olub
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərənin "Çelsi" klubunun portuqaliyalı futbolçusu Juan Feliksin Səudiyyə Ərəbistanı təmsilçisi "Ən-Nəsr"ə keçəcəyi təqdirdə qazanacağı məbləğ məlum olub.
Oxu.Az "Correio da Manha"ya istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bir mövsüm üçün 17.5 milyon avro əldə edəcək.
Müqayisə üçün onun İngiltərə klubunda 7 milyon avro aldığı qeyd olunub. Müqaviləyə 30 milyon avro ilkin ödəniş və 20 milyon avro əlavə bonuslar daxildir.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü ötən mövsüm icarə əsasında İtaliyanın "Milan" klubunda çıxış edib. 25 yaşlı futbolçu bütün turnirlərdə meydana çıxdığı 21 oyunda üç qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Joao Feliksin gələcəyi bəlli olacaq
03 Fevral 2025 10:29
Joao Feliksin transferinin detalları bilindi
28 İyul 2025 08:40
Ronaldunun həmyerlisi Ən Nəsr ə keçdi
29 İyul 2025 23:01
Ronaldonun dublu Ən Nəsr ə qələbə qazandırdı
05 Aprel 2025 01:17
Joao Feliksin növbəti dayanacağı Aston Villa ola bilər
20 Mart 2025 23:39

