Juninyo “Bayer04”ə niyə yollanmadı? şok səbəb bu xəbərdə!
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Bəli, Juninyo tezliklə “Flamenqo” ilə müqaviləyə qol çəkəcək. Hücumçunun ölkəmizdə top qovduğu müddətdə bir neçə komandadan təklif aldığı haqda xəbərlərin tirajlandığından xəbərdarsız.
Müştərilər sırasında “Sevilya” da oldu, lakin futbolçunun son anda perspektivli keçiddən vaz keçməsi danışıqlar prosesini dayandırdı. Bir neçə gün əvvəl yayılan məlumat isə sözün əsl mənasında əksəriyyətdə şok effekti doğurdu. Ona görə ki, “SBT Rio” nəşrinin əməkdaşı Venye Kasaqrande “Sevilya” ilə eyni vaxtda “Bayer-04”ün də “Qarabağ”a təklif göndərdiyini iddia etdi. Həmkarımız bildirdi ki, almanların futbolçu üçün ödəmək istədiyi məğləb qaneedici səviyyədə olmadığından “köhlən atlar” müraciəti məqbul saymayıb.
Təbii ki, “Bayer-04” kimi Almaniya nəhənginin ölkəmizdə çıxış edən futbolçuyla maraqlanmasını ciddi qəbul etmək lazım idi. İş orasındadı ki, həmkarımızın iddiası həqiqəti əks etdirmir! Bu barədə “Football-plus.az”a menecer Tural Əsgərli məlumat verib. O, məlumatın yalan olduğunu söyləyib.
Görünür, Kasaqrandenin məqsədi ölkəmizdə Juninyoya olan sevgidən sui-istifadə edib imzasını populyarlaşdırmaqdan başqa nəsə olmayıb.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 14 Yanvar 2025 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















