Icma.az
close
up
RU
Juninyo Braziliya milli komandasında: MÜMKÜN GEDİŞAT

Juninyo Braziliya milli komandasında: MÜMKÜN GEDİŞAT

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Juninyonun Braziliya millisi üçün şansları necədir? Bu sualın cavabını tapmaq üçün bir neçə faktoru nəzərdən keçirmək lazımdır. Braziliya millisinin tələbatları, Juninyonun oyun stili, onun hazırkı komandasının durumu… 

Braziliya millisinin son illərdəki performansını dəyərləndirərkən yeni istedadları komandaya qazandırmaq üçün vacib zərurətin olduğunu görmək çox da çətin deyil. Xüsusən, Vinisius Junior, Rodriqo kimi oyunçular ölkənin zəngin futbol ənənələrini yaşatmağı davam etdirir. Bununla birlikdə, yəni oyunçuların axtarışı cari ehtiyacı qarşılamaq üçün əsas strategiyalardan biridir. Çünki Neymarın milli karyerasını başa vurmasından sonra yığmada ciddi boşluqlar yaranıb. Son illərdə alışdığımız Braziliya millisini görə bilmirik. Yığmanın “9 nömrə” olaraq bildiyimiz nominal hücumçu mövqeyində ciddi boşluğu var. Həmin mövqedə İqor Xesus çıxış edir. 23 yaşlı gənc hücumçunun karyerası isə elə də parlaq deyil. O, ölkə xaricində yalnız BƏƏ-də forma şansı qazanıb. 4 il “Şəbab Əl-Əhli”nin şərəfini qoruduqdan sonra Braziliyaya dönüb və “Botofaqo”da çıxış etməyə başlayıb. Millinin son oyunlarına baxsaq, əsas heyətdə şans qazanan forvard heç də Juninyodan üstün deyil. Bu məqamda “Qarabağ”ın sabiq forvardının milli komandada oynamaq ehtimalı ortaya çıxır. Bəs Juninyo nə qədər münasibdir?

Əslində, Juninyonun oyun stili Braziliya millisinin strategiyasına tam uyğun deyil. Ancaq bu səbəbdən onun şəxsi bacarıqlarının milli komanda üçün yararsız olduğunu söyləmək doğru olmaz. Forvardın “Flamenqo”ya keçidindən sonra yenidən Braziliya futboluna adaptasiya olacağını düşünmək mümkündür. 

* O, 2023/24 mövsümündə 20 qol vurub və 15 assist edib;
* 2024/25 mövsümündə isə 10 qol və 3 assistlə yadda qalıb;
* Juninyo müdafiəni daim təzyiq altında saxlama bacarığına malikdir;
* Avrokubok təcrübəsi var;
* Nəhəng klublara qarşı rahat və səlis oynamağı bacarır.

Juninyo xüsusilə əks-həcumlarda olduqca effektiv ola bilir. Onun sürətli reydləri və fərdi oynamaq bacarığı pentakampeonların oyun stilinə uyğun gəlir.

Riçarlison, Joao Pedro, Evanilson zədə səbəbindən bir müddətdir ki, futboldan kənar qalıb. Ulduzların yoxluğunda bu boşluğu İqor Xesus doldurur. Lakin onlardan başqa ön xətdə Endrik kimi vonderkid də mövcuddur. “Real”ın futbolçusu yaş və təcrübə baxımından ehtiyat oyunçular skamyasında yer alır. O, matçlara sonradan daxil olur. 

Belə bir şəraitdə, ulduzların yoxluğunda Juninyonun şans qazanması mümkündür. O, “Flamenqo”da daimi heyət üzvünə çevrilərsə, böyük ehtimalla milli komandaya dəvət alacaq. 

Hazırda yığmada Braziliya A Seriyasından bir neçə futbolçu yer alır. Hətta onlardan üçü “Flamenqo”da çıxış edir. Demək ki, bu komanda baş məşqçinin diqqətindən yayınmır. Milliyə şans qazanmaq üçün Juninyonun performansı həlledici olacaq.

“Sevilya” kimi Avropa klubunu “Flamenqo”ya dəyişmək bəlkə də bunun üçün atılan addım idi. Doğma ölkəsində, öz oyun stilində, azarkeşlərin yaratdığı möhtəşəm atmosferdə çıxış etmək Juninyonu daha da irəli aparacaq.

Onun Braziliya hava limanında qarşılanması, ölkə mediasının və azarkeşlərin onu səbrsizliklə gözləməsi, aeroport işçilərinin, mühafizə xidmətinin Juninyoya olan münasibəti artıq diqqətləri üzərinə çəkdiyini göstərir. Bəlkə də, doğma ölkəsinə qayıtması milli komandanın qapısını döyməsi deməkdir.
 

“Eqnatiya”nın idman direktoru: “Qarabağ”la bunu müzakirə etməliyik" - Açıqlama Məhəmməd Mirzəbəyov: "Hər kəs “Neftçi”nin “Qarabağ”la rəqabət aparacağını gözləyir" AFFA rəsmisi UEFA tərəfindən təyinat alıb “Turan”dan Allaş bombası: Tanış mərakeşli Tovuza doğru "Qarabağ” üçün seminar keçirilib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://apasport.az
archiveBu xəbər 14 Yanvar 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri