Juninyo İspaniyaya yollanır... Tibbi müayinə, ardından rəsmi müqavilə!
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Oxucularımızın Juninyonun “Qarabağ”ı “Sevilya”ya dəyişmək istəyiylə bağlı prosesləri işıqlandıran xəbərlərdən təngə gəldiyinə şahidlik edirik. İş o həddə çatıb ki, bəziləri bunu “Futbol+”in rəsmi “feysbuk” səhifəsinin şərh bölməsində də dilə gətirməyə başlayıb. Amma deyəsən, məsələ yekunlaşmaq üzrədi. Təbii ki, “transferfeed.com”un yaydığı xəbər doğrudusa...
Dəqiq desək, adı çəkilən sayt prosesin bu gün yekunlaşdığını, Azərbaycan və İspaniya təmsilçilərinin hücumçunun transferiylə bağlı bütün məsələlərdə razılığa gəldiyini tirajlayıb. Bu media orqanının iddiasına görə, Juninyo Əndəlüs klubunun düşərgəsinə yollanacaq və tibbi müayinədən keçəcək. O, böyük ehtimalla, sabah İspaniyada olacaq. Ardından klubla futbolçu arasında rəsmi müqavilə imzalanacaq.
Nəşrin xəbərinə görə, “Qarabağ” Juninyonu 1 milyon avro bonus daxil olmaqla 5 milyon avroya satıb. Həmçinin braziliyalının başqa kluba keçidindən qazanılacaq məbləğin 20 faizi “köhlən atlar”a çatacaq.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 06 Yanvar 2025 07:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















