Juninyo Qarabağı oynamamaqla təhdid edib? bu şok xəbər danışıqların yönünü dəyişə bilər!
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məlum olduğu kimi, "Qarabağ"ın hücumçusu Juninyo İspaniya "Sevilya"sından təklif alıb.
Mövzu ilə bağlı yaydığımız xəbərlərdə qeyd etmişik ki, "köhlən atlar" La Liqa təmsilçisiylə danışıqların ilk mərhələsində qarşı tərəfə "yox" cavabı verib. Hazırda braziliyalının keçidiylə bağlı proses davam edir. Həm ağdamlılar, həm də əndəlüslər maliyyə şərtlərində razılaşdığı halda, transfer baş tutacaq.
"Football-plus.az" xəbər verir ki, "transferfeed.com" saytı bu ərəfədə şok informasiya yayıb. Nəşrin iddiasına görə, Juninyo "Sevilya"ya keçə bilmək üçün "Qarabağ"a ciddi şəkildə təzyiq edir. Hətta bu alınmayacağı təqdirdə komandada çıxış etməkdən boyun qaçıracağını bildirir. Juninyo La Liqada top qovmaq fürsətini qaçırmamaqda israrlı, "köhlən atlar"ın güzəştə gedəcəyinə əmindi. Görünür, məhz bu üzdən belə böyük risk almaqda tərəddüd etməyib.
Xatırladaq ki, Ağdam təmsilçisi hücumçunu 5 milyon avroya satmaq niyyətində olsa da, "Sevilya"nın indiyə qədər təklif etdiyi ən yüksək məbləğ 3,5 milyon avrodu.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 01 Yanvar 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















