Juninyo: “Qırmızı vərəqə işimizi asanlaşdırsa da, əsas amil komanda oyunumuz oldu”
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Premyer Liqasının IX turunda “Kəpəz” “İmişli”ni qəbul edib.
Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 3:0.
Matçdan sonra “İmişli”nin yarımmüdafiəçisi Juninyo sportnet.az-a açıqlama verib.
“Yaxşı oyun idi. Əsasən də taktiki baxımdan baş məşqçinin göstərişləri düzgün idi. Oyunçularımız da bu təlimatlara əməl edərək qələbə qazandı.”
22 yaşlı futbolçu növbəti turda “Qarabağ”a qarşı keçiriləcək görüş barədə də fikirlərini bölüşüb: “Çətin duel olacağını bilirik. Rəqibin kimliyindən asılı olmayaraq, qalib gəlmək üçün meydana çıxacağıq.”
Braziliyalı oyunçu qırmızı vərəqənin oyuna təsirindən də danışıb: “Qalibiyyət istəyi ilə mübarizə aparan kollektivik. Qırmızı vərəqə müəyyən qədər işimizi asanlaşdırsa da, fikrimcə, bu qələbədə əsas həlledici məqam bizim komanda oyunumuzdur.”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 25 Oktyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















