Icma.az
close
up
RU
Juninyo üçün “Qarabağ” dövranı bitib “Azərsun Arena”da çöhrəsi şəfəq saçırdı

Juninyo üçün “Qarabağ” dövranı bitib “Azərsun Arena”da çöhrəsi şəfəq saçırdı

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Biri var idi, biri yox... Nağıllar belə başlayır, bəzən gerçəklər də belə olur. Qazanmaq istəyirsənsə, itirməyi də gözə almalısan. Juninyodan danışacam.

Cümə axşamı - “Kəpəz”lə yoxlama oyununda canlı gördüyüm Juninyodan. Tanıyanlar bilər, oyun “Azərsun Arena”nın ehtiyat meydançasında keçirildi. Əsas qazonda isə oynamayanlar məşq edirdi. Düz bazanın qarşısında, stadionun bağlı torunun çöl tərəfindən oyunu izləyən iki nəfərdən biri Juninyo idi. Yanından keçəndə özü hörmətli şəkildə “salam” verməyi də unutmadı. Matçın gedişində braziliyalı var-gəl edirdi. Özü də necə deyərlər, kefi kök, damağı saz şəkildə. Juninyo tək-tük legionerlərdəndi ki, mediaya diqqətcil, insani baxımdan yanaşır, bir dəfə də salamsız-kalamsız keçməz. Bu dəfə Juninyoda pozitivliyin dərəcəsi daha artıq idi, ətrafa şəfəq saçırdı.
Bu Juninyo fərqli idi... “Sevilya” variantı ortaya çıxandan sonra “Şamaxı” ilə oyunda (dekabrın 19-da) futbolçunun ehtiyat skamyasında fikirli olduğunu xatırlayıram. Məhz həmin matçdan sonra Qurban Qurbanov mətbuat konfransında “mənə yaxınlaşıb bildirdi ki, bu cür klubdan təklif aldığım üçün gecələr yata bilmirəm” demişdi. Dekabrın 22-də keçirilən “Araz-Naxçıvan”la görüşdə də Juninyonu narahatlığı üzündə ifadə olundu. Sonra “Sevilya” söhbətləri daha da intensivləşdi, araya “Flamenqo” girdi... Bu dəfə özünə görə doğru qərarı vermiş, artıq qəlbi rahat olan Juninyo gördüm.
Niyə “Flamenqo”? Tarixi 1895-ci ilə söykənən, Braziliyanın ən böyük klublarından biridi. Flamenqo çimərliyində bir qrup avarçəkən tərəfindən yaradıldığına görə o vaxtdan belə adlanır. 50 milyona yaxın azarkeşlə Braziliyanın ən populyar komandasıdı. Bəs “Flamenqo” doğru qərardımı? Təbii, Braziliya və İspaniya çempionatlarını, “Flamenqo” ilə “Sevilya”nı müqayisə etmək olmaz. Juninyo kimi oyunçunun Azərbaycan çempionatından gedəcəyi reallığı hər nə qədər üzücü olsa da, İspaniya adını eşidəndə təsəlli tapırdıq. İndi “Flamenqo”nun təklifi hər şeyin üstündən xətt çəkibsə, buna da nəsə deyə bilmərik.
Qurban Qurbanova “Kəpəz”lə oyundan sonra “futbolçunuzun “Sevilya”nın təklifindən imtina etdiyi iddia olunur, bəs “Sevilya”ya, yoxsa Braziliyaya keçməsi sizin üçün daha önəmlidi” sualını verdim. Baş məşqçi cavabında “ilk növbədə futbolçunun istəyi çox önəmlidi. Ümumilikdə bizim üçün “Sevilya” daha maraqlı olardı. Çünki Avropadı, bizə daha yaxındı. Amma “Flamenqo”dan da Ronaldinyo kimi futbolçu çıxıb. Bizim üçün o qədər də fərqi yoxdu, əsas oyunçunun ürəyincə olsun, o klubdakı perspektivi daha yaxşı olsun” dedi.
Çox güman, Juninyo artıq son qərarını verib. Juninyo kimi futbolçular Azərbaycana gəlib, yenə də gələcək. Amma onun vətənində “Qarabağ”dakı qədər parlayıb-parlamayacağı cavabsız sualdı. Bəlkə də gedəcəyinə görədi, bəlkə də arzusuna çatdığına görə - Juninyo Azərbaycana, azərbaycanlılara minnətdarlığıını son günlər açıq-aşkar bildirir. Paylaşdığı videolardan da vida qoxusu gəlir.
Gedəcək, amma hara gedəcəyini bilmirik. Dəyişməz gerçək budu ki, hər aşiqin öz dövranı olur. Juninyo üçün “Qarabağ” dövranı bitib.
RÖYANƏ OĞUZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Yanvar 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri