Juninyonun özü də Sevilyaya keçmək istəyir Qurban Qurbanov
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Juninyo ilə bağlı "Sevilya" ilə danışıqlar gedir".
"Unikal" xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov İspaniyanın “Sevilya” klubundan Olavio Juninyoya gələn təklif barədə danışarkən deyib.
Mütəxəssis braziliyalı hücumçunun La Liqa təmsilçisinə keçmək istəyini gizlətmədiyini bildirib: “Juninyo hər şey qaydasında olacağı halda, “Sevilya”ya gedə biləcəyini söylədi. Əsas oyunçuların komandadan getməsi işimə mane olur. “Qarabağ” transfer zamanı futbolçulara az məbləğ ödəmir. Artıq Avropa bazarına çıxmışıq. Bu, yeni və perspektivli bir addımdır. Klubumuza kənardan diqqət daha da çoxalacaq və liqamıza maraq artacaq. Azərbaycan futbolunun transfer bazarında iştirak etməsi həm bizim, həm də ölkə futbolunun inkişafı üçün müsbət məqamdır”.
Qeyd edək ki, “Qarabağ” “Sevilya”nın ilk təklifini qəbul etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 19 Dekabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















