Icma.az
close
up
RU
“Jurnalist dərc edəcəyi xəbərdə, oxucu əldə etdiyi informasiyada bu 6 suala cavab axtarmalıdır” AÇIQLAMA Yeni Çağ Media

“Jurnalist dərc edəcəyi xəbərdə, oxucu əldə etdiyi informasiyada bu 6 suala cavab axtarmalıdır” AÇIQLAMA Yeni Çağ Media

Yenicag saytına istinadən Icma.az xəbər verir.

“Media savadlılığı sahəsində məlumatın doğruluğunun öyrənilməsi, kontent hazırlanarkən informasiyanın dəqiqliyi, eyni zamanda, ona tənqidi və təhlili yanaşma jurnalistlərin borcudur. Eynilə dəqiq xəbərin feyk xəbərdən ayırd edilməsi üçün oxucuların da üzərinə böyük məsuliyyət düşür. İngilislərin 5w1h metodu mövcuddur (who, what, when, where, why, and how, yəni nə, kim, nə vaxt, harada, niyə və necə). Əldə edilən informasiyanın yayılması üçün ilk olaraq bu 6 suala cavab tapılmalıdır. Əgər birində belə qeyri-müəyyənlik varsa, həmin xəbər artıq şübhə altına düşür. Bir sözlə, həm jurnalist dərc edəcəyi xəbərdə, həm də oxucu əldə etdiyi informasiyada bu 6 suala cavab axtarmalıdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında “Yeni Çağ” Media Qrupunun direktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər deyib.

Onun sözlərinə görə, bu gün ümumilikdə bəşəriyyətin üzləşdiyi əsas problemlərdən biri məhz süni intellektlə bağlıdır:

“Texnologiya artıq o qədər irəliləyib ki, kiminsə səsi ilə istənilən videonun hazırlanması asan prosesə çevrilib. Bu, hətta telefonla belə əlçatandır. Yəni məsələ regional yox, qlobal əhəmiyyət daşıyır. Dünya sözügedən problem ətrafında çıxış yolu axtarır. Azərbaycan da dünyanın aparıcı ölkəsi olduğu üçün mediada bu kimi təhlükələrə qarşı beynəlxalq təcrübədən istifadə edərək mübarizə aparır. Hazırda Azərbaycan jurnalistləri media savadlılığı baxımından əvvəlki illərdən xeyli fərqlənirlər. Yalan və yanıldıcı informasiyalara qarşı daha həssasdırlar. Həmçinin Vətən müharibəsi zamanı jurnalistlərin peşəkar fəaliyyəti, ermənilərin informasiya təxribatını asanlıqla ayırd etməsi Azərbaycanın media sahəsində inkişafının göstəricisidir”.

A.Ələsgər qeyd edib ki, belə mühitin formalaşmasında Media İnkişafı Agentliyinin mühüm rolu var:

“Media savadlılığının artırılması istiqamətində agentlik tərəfindən atılan addımlar, cəmiyyətdə informasiyanın düzgün formada istehlakı məqsədini özündə ehtiva edir. Belə ki, Media İnkişafı Agentliyinin beynəlxalq təcrübəni əsas götürərək baş redaktorlar, media könüllüləri və xüsusilə jurnalistlərlə keçirdiyi təlimlər xüsusi vurğulanmalıdır. Seminarlar və tədris proqramları sayəsində geniş ictimaiyyətin media sahəsində maarifləndirilməsi sağlam informasiya mühitinin yaradılmasına böyük töhfə verir”.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 17 Dekabr 2024 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri