Jurnalist Əziz Orucovun məhkəməsi BAŞLADI
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə başlayıb.
Modern.az xəbər verir ki, bu gün Səbail rayon məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.
Əziz Orucovun vəkili Fəxrəddin Mehdiyev vəsatət verərək onun barəsində cinayət işinə xitam verilməsini xahiş edib.
Onun digər vəkili Bəhruz Bayramov isə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.
Məhkəmə vəsatətləri təmin etməyib.
Məhkəmənin baxış iclası yanvarın 8-nə təyin edilib.
Xatırladaq ki, Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.
Bir qədər əvvəl 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə cinayət işinə xitam verilib.
Baxış sayı:100
Bu xəbər 25 Dekabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















