Icma.az
close
up
RU
Jurnalist Mottanın Kənan Yıldıza dediyi şok sözləri açıqladı

Jurnalist Mottanın Kənan Yıldıza dediyi şok sözləri açıqladı

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tyaqo Mottanın qısa və uğursuz ''Yuventus'' macərasına aid yeni qalmaqallı faktlar ortaya çıxmaqdadı.

''Football-plus.az'' xəbər verir ki, 42 yaşlı braziliyalı mütəxəssis ötən yay böyük ümidlərlə ''Yuventus''un başına gətirilmişdi. ''Bolonya''nı 60 ildən sonra ilk dəfə Çempionlar Liqasına yüksəltməsi ilə diqqət çəkən Mottanın ''Yuve''ni dirçəldəcəyinə inananlar az deyildi. Amma bu işbirliyi cəmi 9 ay çəkdi və böyük bir fiasko ilə yekunlaşdı.
Çempionlar Liqası və ölkə kubokunda artıq mübarizəni dayandıran ''qoca sinyora'' A seriyasında 4-cü pilləni də əldən verib. Bu arada məlum olub ki, Mottanın futbolçularla münasibətləri heç də qaydasında deyilmiş. Əslində cəmi iki futbolçunun bu məşqçi üçün sosial şəbəkədə vida sözləri yazması onu göstərir ki, klubun paltardəyişmə otağında vəziyyət həqiqətən də ürəkaçan deyilmiş. Yalnız Samuel Mbanqula və Qleyson Bremer Motta ilə sosial şəbəkədə sağollaşmağı lazım bilib. Digər futbolçulardan isə səs çıxmadı.
Maraqlıdı ki, Mottanın problem yaşadığı futbolçulardan biri də türkiyəli ulduz Kənan Yıldız imiş. Bunu italiyalı jurnalist Sandro Sabatini ictimaiyyətə açıqlayıb. O, ''Calcio Selvaggio'' adlı podkastda gündəmə düşəcək açıqlamalar verib:

''Kənan Yıldız son dönəmlərdə Motta tərəfindən sanki buxarlandırılmışdı. İş elə bir nöqtəyə gəlib çıxdı ki, Yıldız Mottanın iyerarxiyasında özünə yer tapa bilmədi. Motta türkiyəlini sevmirdi və zaman ötdükcə bunu biruzə verməyə başladı. Onun tez-tez ehtiyatda qalması da bunun nəticəsi idi. Məşqlərdə də onların sözü tez-tez çəp gəlirdi. Hətta Kənan Mottanın gözündə son dönəmlərdə birdəfəlik silinmişdi. Qulağıma çatan məlumata görə Motta məşqlərdə bir neçə dəfə Kənana ''sən özünü nə zənn edirsən? Sən Messi deyilsən'' deyib. Adını açıqlamaq istəmədiyim daha bir futbolçunun da Mottadan xoşu gəlmirdi. O mənə paltardəyişmə otağında zatən heç kimin Mottanı bəyənmədiyini dedi''.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Mart 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri