Jurnalist nazirdən xahiş etdi: Bakı Zəngilan marşrutu açılsın
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Zəngilana səfəri çərçivəsində onun qəbulunda olub.
Modern.az xəbər verir ki, bu barədə jurnalist özü bildirib.
“Ötən həftə Zəngilanda rəqəmsal inkişaf və nəqliyyat naziri cənab Rəşad Nəbiyevlə görüşdük. Həm Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, həm də Zəngilan sakini olaraq cənab nazirlə görüşdə doğma yurdumuzun rabitə və nəqliyyat problemləri ilə bağlı məsələləri diqqətə çatdırdım.
Bakı-Zəngilan müntəzəm marşrut xətti, yollarda təhlükəsizliyin gücləndirilməsi, rabitə xətlərinin inkişafı, istismar olunan yolların qorunması və sair məsələlər barədə təkliflərimə müsbət yanaşıldı, müvafiq göstərişlərin veriləcəyi bildirildi”, - E.Muradlı qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 12 Avqust 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















