Icma.az
close
up
RU
Jurnalistdən Melaniya Trampa ağır ittihamlar Milyonlarla dollar tələb edir

Jurnalistdən Melaniya Trampa ağır ittihamlar Milyonlarla dollar tələb edir

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Amerikalı yazıçı və araşdırmaçı jurnalist Maykl Vulf ABŞ-ın birinci xanımına qarşı ağır ittihamlar irəli sürüb.

Qaynarinfo-nun məlumatına görə, o, iddia edir ki, Melaniya Tramp qəsdən onu susdurmaq məqsədilə bir kampaniya təşkil edib.

Buna səbəb Vulfin hazırladığı "The Art of Her Deal: The Untold Story of Melania Trump" (Onun Sövdələşmə Sənəti: Melaniya Trampın Danışılmayan Hekayəsi) adlı kitabı olub. Jurnalistin sözlərinə görə, birinci xanım qəsdən onun nəşr müqaviləsinə müdaxilə edib və ictimai şəkildə böhtana atıb.

Maykl Vulf ilk növbədə 2018-ci ildə dərc olunmuş "Fire and Fury: Inside the Trump White House" (Od və Hiddət: Donald Trampın Ağ Evində) adlı bestselleri sayəsində, bütün dünyada tanınan, kəskin siyasi ifşaatların müəllifidir. Kitabın 480 səhifəsində o, Tramp administrasiyasının pərdəarxası həyatının ətraflı təsvirlərini təqdim edib və bununla da prezidentin özünün güclü reaksiyasına səbəb olub.

Jurnalistin iddiasına görə, Melaniyanın komandası onun müsahibələri uydurduğu, mənbələri qorxutduğu və qazanc üçün yalan yazdığı barədə şayiələr yayıb. Nəticədə, Vulf iddia edir ki, kitabın təşviqi ilə bağlı beynəlxalq partnyorlar əməkdaşlıqdan imtina edib və kitab müqaviləsi pozulub.

Bundan əlavə, Vulf şikayətində bildirir ki, Melaniya şəxsən PR agentliyinə, onun kitabı haqqında yazmaq niyyətində olan nəşrləri məhkəmə iddiaları ilə hədələmək tapşırığı verib. Jurnalist həmçinin, Melaniya Trampın vəkillərinin, birinci xanımın məhkum olunmuş seksual cinayətkar Ceffri Epşteynlə mümkün əlaqələri barədə iddiaları geri götürməsini tələb etdiyi məktubu təqdim edib.

Melaniya Trumpın vəkilləri bütün ittihamları qəti şəkildə rədd edirlər. İndi isə Vulf birinci xanıma qarşı milyonlarla dollar təzminat iddiası açıb və məhkəmədən yeni kitabının məzmununun böhtan olmadığını rəsmi şəkildə təsdiq etməsini tələb edir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Oktyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri