Icma.az
close
up
RU
Jurnalisti qanuni oğrularla hədələyən kimdir? Dedi ki, adam tutmuşam, hər ikinizi öldürəcəyəm”

Jurnalisti qanuni oğrularla hədələyən kimdir? Dedi ki, adam tutmuşam, hər ikinizi öldürəcəyəm”

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova özü və övladlarının təhdid olunduğunu deyir. 

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan Q.Ataşova Vüsal Həsənov adlı şəxs tərəfindən həyatına ciddi təhlükə yarandığını iddia edir. 

“Keçmiş MTN rəhbəri Eldar Mahmudovun əlaltısı olmuş, müxtəlif qadınları və kişiləri şəxsi görüntülərlə şantaj etdiyi bilinən Vüsal Həsənov bu günlərdə mənim və övladlarımın həyatına ciddi təhlükə yaradıb. Yaxın keçmişdə ailəm haqqında sosial şəbəkələrdə yayılan təhqiramiz videoların müəllifi məhz Vüsal Həsənov olub. 

Vüsal Həsənovun həyat yoldaşı – diplomu olmayan, lakin özünü həkim kimi təqdim edən Gül Əliyeva Gəncədə Gülbəniz adlı gənc bir qızda cərrahi əməliyyat apararaq onun ölümünə səbəb olub. Bu hadisə ilə bağlı Gülbənizin ailəsi ilə VMR klinikası arasında razılaşma əldə edilsə də, mən bu məsələyə məhz həkimlik ixtisası olmayan bir şəxsin qanunsuz cərrahiyyə əməliyyatı aparması baxımından diqqət çəkmişdim. Bu məsələni ictimailəşdirdiyim üçün Gülbənizin atası Eldəniz, Vüsal Həsənovun təhriki ilə bir neçə dəfə məni təhdid edib”, - deyə jurnalist qeyd edib. 

Onun sözlərinə görə, uzun fasilədən sonra ötən gün V.Həsənov birbaşa Q.Ataşovaya və övladı Fərhada zəng edərək onu və qardaşını öldürəcəyini bildirib: “Telefon danışığında özünü Moskvada yaşayan iş adamı kimi təqdim edərək qanuni oğrularla bağı olduğunu xatırladaraq “adam tutmuşam, hər ikinizi öldürəcəyəm” sözlərini açıq şəkildə işlədib. Bu açıq təhdidlər mənim və övladlarımın həyatı üçün ciddi təhlükədir. Övladım ABŞ vətəndaşıdır və o bu gün rəsmi şəkildə bu təhdidlərlə bağlı Amerika hökumətinə də müraciət edəcək”.

Neftçilərin hüquqlarının müdafiə komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı da paylaşıma reaksiya verərək əlavə edib ki, onun övladları da adıçəkilən şəxs tərəfindən təhdid ediliblər. Onun sözlərinə görə, əlində Vüsal Həsənovun övladlarına təhqir, hədə-qorxu gələn videosu da var. 

Q.Ataşova Azərbaycanın aidiyyəti dövlət qurumlarına müraciət edərək bu məsələnin araşdırılmasını xahiş edib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://mia.az
archiveBu xəbər 19 Aprel 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see232

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see229

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see217

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see205

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see188

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see186

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see177

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see169

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see169

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see163

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see161

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see155

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see150

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see150

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see150

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see149

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see145

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri