Icma.az
close
up
RU
Jurnalistika ixtisasında qabiliyyət imtahanı ləğv edilsin!

Jurnalistika ixtisasında qabiliyyət imtahanı ləğv edilsin!

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Bu il də ənənəvi olaraq jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanının keçiriləcəyi gözlənilir. İmtahanda ixtisasa maraq göstərən namizədlərin yazı qabiliyyəti və təhlil bacarığı yoxlanılır.

Lakin illərdir davam edən bu proses cəmiyyətdə və təhsil ictimaiyyətində birmənalı qarşılanmır. Bəzi mütəxəssislər hesab edir ki, qabiliyyət imtahanı obyektiv deyil və gələcək jurnalistlərin seçimində əsas göstərici olmamalıdır. 

Jurnalistika fakültəsinə qəbulda qabiliyyət imtahanı olmamalıdır

Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, bu mövzu ilə bağlı mövqeyi hər zaman eyni olub.

“Jurnalistika fakültəsinə qəbul olan zaman qabiliyyət imtahanı olmamalıdır. Necə ki, Tibb Universitetinə, Mühəndislik fakültəsinə daxil olanlardan bu tələb olunmur. Jurnalistika imla, inşa, esse yazmaq, dəlalətli cümlələr qurmaq deyil. Bu publisistikaya, ədəbiyyata, ədəbi yaradıcılığa aid olan məsələdir. Jurnalistika sosial sahədir, onun əsas missiyası cəmiyyəti doğru, dürüst məlumatlandırmaq, dəqiq və vicdanlı xəbər verməkdir. Tələbə də oxuduğu müddətdə bunları öyrənir və istedadı olanlar bu keyfiyyətə yiyələnirlər. İndi həm Dövlət İmtahan Mərkəzi, həm də abituriyentlər üçün belə bir qaydanın müəyyən olunması özünü doğrultmur”.

Abituriyentlər bu imtahandan qorxurlar

Onun sözlərinə görə, qabiliyyət imtahanı çox yaxşı niyyətlə irəli sürülsə də hadisələrin gedişatı göstərdi ki, bir çoxlarına psixoloji cəhətdən mənfi təsir edir:

“Abituriyentlər bu imtahandan qorxduqları üçün bir çox istedadı olanlar sənədlərini buraya vermirlər. Bu zaman həm ballar aşağı düşür, həm də əvvəlki dövrdə qəbul olanlarla qabiliyyət imtahanı verənlər arasında heç bir fərq olmur. Hətta əvvəlki dövrdə gələnlər daha çox jurnalistikanın cazibəsini hiss edirdi və daha ürəkdən peşəyə bağlanan tələbələr görürdük. Qabiliyyət imtahanının xüsusi bir üstünlüyü yoxdur. İndi də tələbə gəlir, baxırsan ki, ruhdan düşmüş vəziyyətdədir, sahənin problemlərini düzgün təsəvvür etmir. Ona görə də hesab edirəm ki, heç bir qabiliyyət imtahanı olmamalıdır. İimtahanı mürəkkəbləşdirək, mərhələ sayını artıraq, yazı yazdıraq, bunların heç bir effekti yoxdur. Mən ali məktəbdə jurnalistikadan dərs deyən adam kimi bunların heç bir effektini görmürəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 May 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri