Jurnalistin dənizdə batan qardaşı tələbə imiş
Hurriyyet saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, avqustun 4-də dənizdə batan 2004-cü il təvəllüdlü Ruslan Rafik oğlu Həmidovun meyiti tapılıb.
Dənizdə batan 22 yaşlı Ruslan Həmidov Milli Aviasiya Akademiyasının Aerokosmik fakültəsinin tələbəsi idi.
Qeyd edək ki, avqustun 2-də Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub. 2009-cu il təvəllüdlü Həmidova Aysel Rafik qızı xilas olunub, ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Həmidov Əli Rafik oğlunun meyiti isə sahildə aşkar edilib.
Avqustun 4-də isə 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafik oğlunun meyiti dalğıclar tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Dənizdə batan şəxslər AzTV-nin əməkdaşı, jurnalist Rəhilə Həmidovanın qardaşlarıdır./Unikal/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 21 Avqust 2026 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















