Jurnalistin ən böyük xoşbəxtliyi: Mətbuatın 150 yaşına ithafən...
Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mətbuatımızın yaşı Cümhuriyyətimizin yaşınan böyükdür. Çünki dövlət quruculuğuna gedən yol həm də mətbuatdan keçib. Məhz MƏTBUAT kütlədən cəmiyyət yaradır, onun düşüncəsini qaragüruhdan ictimai rəyə çevirir, insanları maarifləndirir və ondan vətəndaş yaradır.
150 yaşı tamam olan qocaman mətbuatımız yeni medianın nəfəsi ilə daha sürətli, daha böyük imkanlarla işləyir. Xəbərlərimizə, çıxışlarımıza milyonlar baxır, minlərlə şərhlər, reaksiyalar gəlir. Mətbuat cəmiyyətə heç vaxt bu qədər yaxın, bu qədər interaktiv olmamışdı. Bir jurnalist olaraq indi daha böyük auditoriyaya çıxış imkanına sahib olmaq həm məsuliyyət, həm də böyük şansdır.
Bəzən sosial şəbəkələrdə operativ xəbərlər çatdırdıqda, insanlar təəccüblə yazılar: "Bu xəbərləri çatdırmaqda marağınız nədir, axı hamı izləyib keçir, siz nə qazanırsınız?
Biz məlumatlı cəmiyyət üçün çalışırıq. Bəziləri üçün bir informasiya həyatını dəyişəcək, bəziləri sadəcə yağış yağacağını öyrənib çətirini götürəcək.
Bir də jurnalistika sayəsində həyatına toxunduğumuz insanlar var- bu mənim ən böyük xoşbəxtliyimdir. Bir yazı ilə talelər dəyişib, bir ailə qaranlıqdan işığa çıxıb, bir insan xilas olub - heç bir mükafat bunu əvəzləyə bilməz. Özümə ən çox bu uğuru arzulamışam - daha çox insanın həyatına toxunmaq...
Həsən bəy Zərdabinin ruhuna ehtiramla...
Nərgiz Liftiyeva,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 22 İyul 2025 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















