Icma.az
close
up
RU
Jurnalistlərin NƏZƏRİNƏ: Media haqqında qanun DƏYİŞDİ

Jurnalistlərin NƏZƏRİNƏ: Media haqqında qanun DƏYİŞDİ

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Media sahəsində fəaliyyət göstərən xarici hüquqi şəxsin Azərbaycan Respublikasında nümayəndəliyi media subyekti hesab ediləcək.
Demokrat.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Media haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bundan əlavə qanunda aşağıdakı dəyişikliklərin edilməsi nəzərdə tutulur:
Azərbaycan Respublikasında xarici media subyektlərinin filial nümayəndəliklərinin, xarici media nümayəndələrinin fəaliyyəti
Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə 3 (üç) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat veriləcək.
Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra 7 (yeddi) iş günü ərzində Media Reyestrinə daxil edilmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidirlər.
Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinin bu Qanunun tələblərini pozmaqla fəaliyyət göstərməsi, habelə Media Reyestrindən çıxarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin filial və nümayəndəliyin ləğvi üçün əsas olacaq.
Yuxarıda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında həmin filial və ya nümayəndəliyin internet informasiya ehtiyatına (veb-saytına) müraciət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dərhal məhdudlaşdırılacaq.
Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərində çalışan jurnalistlər, həmçinin xarici jurnalistlər Media Reyestrinə daxil edilməyəcək.
Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər
Saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməyəcək.
İnformasiya agentliyi
İnformasiya agentliyinin azı 20 (iyirmi) media subyekti ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqaviləsi olmalı, azı 5 (beş) xarici ölkədə jurnalisti akkreditasiya olunmalı, həmçinin hər ay 20 (iyirmi) gün ərzində gündəlik dərc etdiyi kütləvi informasiyanın ümumi həcminin azı 80 (səksən) faizi bu Qanunda nəzərdə tutulan tələblərə cavab verməlidir.
Çap mediası və onlayn media subyektinin təsis edilməsi
Media subyektlərinin (redaksiyalarının) adları digər media subyektlərinin (redaksiyalarının) adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir.
Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, habelə subyektlərin fəaliyyətinə həmin xitam verilməsi
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) media subyektinin Media Reyestrində olmadan fəaliyyət göstərdiyi aşkarlandıqda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldıracaq.
Media Reyestri
Media Reyestrində Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri bölməsi yaradılacaq.
Media Reyestrinə informasiya agentliklərinin xarici ölkələrdə akkreditasiya olunmuş jurnalistləri barədə məlumatlar da daxil ediləcək.
Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün bu tələblərə cavab verməlidir: Media subyektinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmir.
Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alınmış olmalıdır.
Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxslər aşağıdakı tələblərə cavab verməlidir:
•  media subyektlərinin (redaksiyalarının) adları digər media subyektlərinin (redaksiyalarının) adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir;
•  informasiya agentliklərinin azı 20 (iyirmi) media subyekti ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqaviləsi, həmçinin azı 5 (beş) xarici ölkədə akkreditasiya olunmuş jurnalistləri olmalıdır;
•  onlayn media subyektləri özlərinin veb-saytlarında, çap mediası subyektləri isə özlərinin çap mediası məhsullarında bu qanununda göstərilən məlumatları düzgün göstərməlidirlər.
Media Reyestrinə daxil edilmiş media subyektləri aşağıdakı hallarda Media Reyestrindən çıxarılacaq:
•  çap mediası və onlayn media subyekti (redaksiyaları) tərəfindən isə davamlı fəaliyyətə dair tələblərin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən il ərzində 2 (iki) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntular təkrar törədildikdə;
•  media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən bu Qanunun 13.1, 13.2 və 14.1-ci maddələrinin tələblərinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən il ərzində 2 (iki) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntular təkrar törədildikdə;
•  media subyektinin (audiovizual media subyektləri istisna olmaqla) fəaliyyətinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsi (bu Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) aşkar edildikdə;
•  onlayn media subyektlərinin özlərinin veb-saytlarında bu Qanunun 60.2-ci maddəsindəki məlumatları göstərmədiyi və ya yanlış göstərdiyi, çap mediası subyektlərinin isə bu Qanunun 63.2-ci maddəsindəki pozuntuları törətdiyi aşkarlandıqda;
•  media subyektinin (audiovizual media subyektləri istisna olmaqla) təsisçisi (iştirakçısı) və ya idarəetmə orqanının rəhbəri ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edildikdə;
•  bu Qanunun 15.1.5-ci maddəsinin tələblərinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən il ərzində 3 (üç) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntuları təkrar törətdikdə;
•  informasiya agentliklərinə bu Qanunun 61.2-ci maddəsinin tələblərinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən il ərzində 2 (iki) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntular təkrar törədildikdə;
•  Azərbaycan Respublikasında filial və ya nümayəndəlik yaratmış xarici media subyekti tərəfindən bu Qanunun 14.1-ci maddəsinin tələbləri pozulduqda;
•  Media Reyestrinə daxil edilmiş media subyektinin (audiovizual media subyektləri istisna olmaqla) reyestr məlumatlarında dəyişiklik edildikdə, dəyişiklik baş verdiyi tarixdən 14 (on dörd) iş günü ərzində bu məlumatlar müvafiq təsdiqedici sənədlərlə birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilmədikdə və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xəbərdarlıq edildikdən sonra həmin pozuntu 1 (bir) ay ərzində aradan qaldırılmadıqda.
Media subyekti Media Reyestrindən çıxarıldıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə 3 (üç) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat veriləcək.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında həmin media subyektinə məxsus onlayn redaksiyaya (veb-sayta) müraciət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dərhal məhdudlaşdırılacaq.
Bunlardan əlavə, Mülki Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinin ləğv olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məlumat daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 5 (beş) iş günü ərzində hüquqi şəxsin ləğv edilməsi ilə bağlı qaydalar tətbiq edilmədən Respublikasında subyektlərinin Azərbaycan xarici media filial və nümayəndəliklərinin ləğv olunaraq hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması təmin ediləcək.
Həmçinin, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinin məhsulunun çap həmin mediası subyekt, nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımına görə fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.
Yuxarıda “yayıcı” dedikdə nəşriyyatla (naşirlə) müqavilə bağlamaqla, yaxud digər qanuni əsaslarla məhsulların yayılmasını və satışını həyata keçirən fiziki və ya hüquqi şəxs başa düşülür.
Bununla yanaşı, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və ya nümayəndəliklərinin “Media haqqında” Qanununun 11.2-ci və ya 11.2-2-ci maddələrinin tələblərini pozmaqla fəaliyyət göstərməsi, habelə Media Reyestrindən çıxarılması həmin filial və ya nümayəndəliyin ləğv edilməsi üçün əsas olacaq.
Təklif edilən dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. (Bizim.Media)
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 İyul 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see185

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see182

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see175

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see144

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see143

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see143

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see142

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see141

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see141

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see140

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see135

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see132

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see127

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see126

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see125

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see125

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri