Kabarda Balkarda qar uçqunu: Ölü sayı 13 ə çatdı
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kabarda-Balkarın Bezengi dərəsindəki Mijirgi dağında baş vermiş qar uçqunu ərazisində aparılan axtarış-xilasetmə tədbirləri zamanı daha bir alpinistin cəsədi aşkarlanıb və bununla da həlak olanların sayı 13 nəfərə çatıb.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti xəbər yayıb.
Xəbərdə bildirilib ki, mütəxəssislər bir alpinistin meyitini tapıblar. Hazırda dörd nəfərin taleyi barədə heç bir məlumat yoxdur. Təhlükəli relyef və qar-buz kütləsinin yenidən çökmə riski axtarış işlərini çətinləşdirir.
Sentyabrın 9-da səhər saatlarında Bezengi dərəsində xilasetmə əməliyyatları bərpa edilib. İtkin düşən alpinistlərin axtarışına ümumilikdə 41 xilasedicidən ibarət qrup cəlb olunub.
Xatırladaq ki, sentyabrın 6-da axşam saatlarında Kabarda-Balkardakı Mijirgi dağından gələn uçqun marşrut üzrə hərəkət edən 33 nəfərlik alpinist qrupunun üzərinə düşüb. Bundan əvvəl 12 nəfərin öldüyü, 5 nəfərin isə itkin düşdüyü bildirilirdi.
Baş vermiş hadisə ilə bağlı Rusiya İstintaq Komitəsinin müvafiq orqanları tərəfindən səhlənkarlıq faktı üzrə cinayət işi açılıb və araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 09 Sentyabr 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















