Icma.az
close
up
RU
Kabayevanın gizli milyardları üzə çıxdı Gizli maaşlar, saxta rəqəmlər

Kabayevanın gizli milyardları üzə çıxdı Gizli maaşlar, saxta rəqəmlər

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Rusiyada Alina Kabayeva ilə əlaqələndirilən fondların maliyyə fəaliyyəti ilə bağlı geniş araşdırma diqqətçəkən nəticələr ortaya qoyub.

Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, jurnalistlər Kabayevanın Xeyriyyə Fondu və Nebesnaya Qrasiya (“Səma zərifliyi”) adlı bədii gimnastika klublarının beynəlxalq assosiasiyasının 2025-ci il üzrə maliyyə hesabatlarını təhlil ediblər. Hər iki qurumun təsisçisi və rəhbəri kimi Kabayeva göstərilir.

▪️ Gəlirlər kəskin artıb

2025-ci ildə bu strukturların ümumi gəliri ilk dəfə 1 milyard rubldan çox olub – əvvəlki illə müqayisədə ciddi artım qeydə alınıb. Belə ki, fond 516,5 milyon rubl, “Nebesnaya Qrasiya” isə 680,8 milyon rubl gəlir əldə edib. Bu vəsaitlərin əsas hissəsi bank depozitlərindən əldə olunan faizlərdən formalaşıb.

Fond 2025-ci ildə banklarda 3,9 milyard rubl, assosiasiya isə 6,3 milyard rubl vəsait saxlayıb. Müqayisə üçün qeyd olunur ki, 2024-cü ildə bu göstəricilər xeyli aşağı olub – müvafiq olaraq 3,2 milyard və 3,8 milyard rubl.

▪️ Milyardlıq ianələr – mənbə qeyri-müəyyən

2025-ci ildə “Nebesnaya Qrasiya” naməlum bir Rusiya təşkilatından 3,3 milyard rubl ianə alıb. Fondun özünə isə əlavə vəsait daxil olmayıb. Maraqlıdır ki, 2024-cü ildə bu assosiasiyaya edilən ianə cəmi 100 milyon rubl idi – yəni 33 dəfə az.

Araşdırmada vurğulanır ki, Kabayevanın fondunun saytında ianə üçün nə əlaqə məlumatı, nə də rekvizitlər göstərilib və vəsaitlərin necə toplandığı aydın deyil.

▪️ İdman xərcləri minimal səviyyədədir

Bu strukturların əsas fəaliyyət istiqaməti – gimnastika yarışlarının təşkili, festivallar və idmançıların dəstəklənməsi üçün ayrılan vəsait son dərəcə azdır.

2025-ci ildə fond bu məqsədlərə 36,2 milyon rubl, “Nebesnaya Qrasiya” isə 112 milyon rubl xərcləyib. Ümumilikdə bu məbləğ onların bank depozitlərində saxladıqları vəsaitin cəmi 1,45%-ni təşkil edir.

Həmçinin qeyd olunur ki, 2024-cü illə müqayisədə idmana ayrılan vəsait təxminən iki dəfə azalıb – həmin il fond 156,5 milyon, assosiasiya isə 154,5 milyon rubl xərcləmişdi.

▪️ Maaşlar gizlədilir

Rəsmi hesabatlarda yalnız idarəetmə heyətinin xərcləri göstərilib və bu rəqəmlər çox aşağıdır. Məsələn, “Nebesnaya Qrasiya”da 2,27 nəfər (yəni biri tam ştat deyil), fondda isə cəmi 2 nəfər işləyir kimi təqdim olunur. Onların aylıq maaşı təxminən 29,6 min rubl göstərilib ki, bu da minimal əməkhaqqına yaxındır.

Lakin sızdırılmış məlumatlara görə, əslində fondla əlaqəli təxminən 40 nəfər əməkdaş mövcuddur və onların maaşları rəsmi hesabatlarda göstərilmir. Bu siyahıda Kabayevanın bacısı Leysan Kabayeva, həmçinin onun yaxın çevrəsinə daxil olan Yuliya Nazarova, Anna Nazarova və Elena Yerxan kimi şəxslər də yer alır.

Ən yüksək maaş isə Rusiyanın əməkdar məşqçisi Raisa Belikovaya məxsusdur – 700 min rubl. Ümumilikdə real maaş xərcləri 5 milyon rubl təşkil etdiyi halda, rəsmi hesabatda cəmi 711 min rubl göstərilib.

▪️ Ekspert rəyi: fondlar maliyyə “rezervuarıdır”

Araşdırmada ekspert İlya Şumanovun fikirləri də yer alıb. Onun sözlərinə görə, bu fondlar formal olaraq xeyriyyə təşkilatı kimi təqdim olunsa da, əslində maliyyə vəsaitlərinin toplanması və idarə olunması üçün istifadə olunur:

“Bu təşkilatlar ictimai institutdan çox maliyyə rezervuarına bənzəyir. Onlar daşınmaz əmlak ala, biznes-avia uçuşlarını maliyyələşdirə, yaxta icarəyə götürə bilər – və bütün bunlar formal olaraq qanun pozuntusu sayılmaya bilər”.

Ekspert hesab edir ki, fondlara vəsaitlərin əsasən dövlətə yaxın şirkətlər və oliqarx strukturlar tərəfindən yönəldildiyi ehtimal olunur.

▪️ Oxşar hallar başqa elit dairələrdə də var

Araşdırmada qeyd olunur ki, Rusiyada digər elitaya yaxın qeyri-hökumət təşkilatlarında da real maaşların gizlədilməsi halları müşahidə olunur. Məsələn, Yelena Mizulina ilə bağlı oxşar maliyyə uyğunsuzluqları barədə məlumatlar yayımlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Aprel 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see347

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see290

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see284

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see279

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see269

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see264

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see256

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see249

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see237

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see229

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see221

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see203

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see203

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see200

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see196

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see196

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see195

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see194

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see183

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri