“Kabelə görə heç kimi öldürməzlər, elə yeri qalmamışdı deşilməsin” Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Binə qəsəbəsinin “Sovxoz” adlanan ərazisində qeydə alınıb.
Məlumata görə, qonşusunun xahişi ilə internet kabeli çəkən şəxs kabeli digər qonşunun həyətindən keçirmək istəyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb və biri digərinə çox sayda bıçaq zərbəsi vurub. Nəticədə telefon və internet xətlərinin çəkilişi ilə məşğul olan 45 yaşlı Xaliq Bağırov hadisə yerində dünyasını dəyişib.
İki övladı olan Xaliq Bağırovun yaxınları hadisənin yalnız internet kabeli üstündə baş verdiyinə inanmadıqlarını bildirirlər. Ailə qətldə bir neçə nəfərin iştirak etdiyini iddia edir.
Hadisə ilə bağlı Ceyhun adlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma davam etdirilir. Qətlin dəqiq motivi, başvermə şəraiti, saxlanılan şəxsin hadisədəki rolu və ailənin irəli sürdüyü iddialar istintaqın yekununda müəyyənləşəcək.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 13 İyul 2026 00:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















