Icma.az
close
up
RU
Kabil Əliyevdən yayılan iddialara cavab: “Bütün bunlar yalan və böhtandır!”

Kabil Əliyevdən yayılan iddialara cavab: “Bütün bunlar yalan və böhtandır!”

Icma.az bildirir, Shownews portalına istinadən.

  Moskvada yerləşən “Çestnaya stomatologiya” klinikasının həkimi Kabil Əliyev son günlər onun haqqında yayılan ittihamlarla bağlı açıqlama verib. O, bu iddiaların tamamilə yalan və böhtan xarakteri daşıdığını bildirib.  

“Mənə qarşı aparılan bu qarayaxma kampaniyası qərəzli və məqsədyönlüdür. Heç bir əsası olmayan bu iddiaların mənim nüfuzuma və peşə fəaliyyətimə kölgə salmaq məqsədi daşıdığı açıq-aşkar görünür. Mən həmişə qanun çərçivəsində hərəkət etmişəm və belə absurd iddialarla adımın hallandırılması tamamilə qəbuledilməzdir”, - deyə Kabil Əliyev vurğulayıb.  

O, Sabit Əliyev Xəqani oğlunun istintaq orqanlarına müraciəti ilə bağlı məsələyə də toxunaraq bildirib ki, hüquq-mühafizə orqanları obyektiv araşdırma aparmalı və bütün həqiqət ortaya çıxmalıdır.   

"Sabit Əliyev Xəqani oğlu mənim yaxın qohumumdur. Onun belə əsassız ittihamlar irəli sürməsi məni təəccübləndirir. Mənim heç bir cinayət əməlinə aidiyyətim yoxdur. Əksinə, bu kimi yalan məlumatlar mənim nüfuzumu zədələmək məqsədi daşıyır. Mən hüquqi yollarla haqqımı müdafiə edəcəyəm və bu böhtanların müəllifləri qanun qarşısında cavab verməli olacaqlar”, - deyə Kabil Əliyev əlavə edib.  

Bundan əlavə, Kabil Əliyev iddia olunan “sifariş” məsələsinə də münasibət bildirib:  

“Hər hansı bir şəxsə qarşı belə bir niyyətim olması absurddur. Mənim heç kimlə şəxsi ədavətim yoxdur və qanunsuz addım atmağım mümkün deyil. Adımın belə hadisələrdə hallandırılması məqsədli şəkildə uydurulmuş bir iftiradır. Mən bu iddialarla bağlı hüquqi addımlar atacaq və öz haqqımı tələb edəcəyəm”, - deyə o vurğulayıb.  

O, həmçinin, belə bir böhtana əl atan insanların acizliyinə diqqət çəkib:   “İnsan nə qədər aciz və zəif ola bilər ki, kiminsə haqqında bu cür böhtanlar atsın? Uğur qazanan, nüfuz sahibi olan insanları qaralamaq üçün bu cür çirkin üsullara əl atmaq yalnız gücsüz insanların davranışıdır. Lakin həqiqət gec-tez üzə çıxacaq və ədalət öz yerini tapacaq”, - deyə Kabil Əliyev bildirib.

  Kabil Əliyev, ictimaiyyəti bu kimi yalan məlumatlara inanmamağa çağıraraq, məsələnin qanun çərçivəsində araşdırılacağını və həqiqətin tezliklə üzə çıxacağını bildirib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://shownews.az
archiveBu xəbər 15 Fevral 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri