Kabus: Klozenin rekordu qırılıb İdman və Biz
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Viktor Qyokereş Azərbaycan millisinin tarixinə düşüb.
İdman.biz xəbər verir ki, isveçli hücumçu yığmamıza ən çox qol vuran futbolçu adına sahib çıxıb.
Qyokereş millimizin qapısından ümumilikdə 6 top keçirib. O, buna 4 oyunda nail olub.
Viktor bu rekordu Millətlər Liqasının VI turunun oyununda poker etməklə gerçəkləşdirib. O, komandasının 6 qolundan dördünə imza atıb.
Qyokereş Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeyə məxsus rekordu yeniləyib. Hazırda “Nürnberq”də Mahir Emrelinin baş məşqçisi olan almaniyalı yığmamızın qapısına 5 qol vurub.
Qeyd edək ki, Viktor Millətlər Liqasının ilk dövrəsinin Bakıdakı matçında komandasının 3:1 hesablı qələbəsinə bir qolla töhfə verib. Onun yığmamıza vurduğu digər top 2023-cü ilin martında AVRO-2024-ün İsveçdəki matçına (5:0) təsadüf edib.
Vüqar Xeyrullayev
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 20 Noyabr 2024 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















