Kadi Borges: Çempionlar Liqasının əsas mərhələsində oynamaq möhtəşəm hissdir
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 15 sentyabr, AZƏRTAC
“Oyuna tam istədiyimiz kimi hazırlaşa bilmədik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ” futbolçusu Kadi Borges UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika”ya qarşı keçirəcəkləri ilk tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, sabahkı oyunda əllərindən gələni edəcəklərini bildirib: “Çempionlar Liqasının əsas mərhələsində oynamaq möhtəşəm hissdir. İnanıram ki, “Benfika”ya qarşı ən yaxşı oyunumuzu göstərəcəyik. Hər zaman oyun fəlsəfəmizə sadiq qalmışıq. Bu, bizim üçün önəmlidir. Mənim üçün bu turnirdə olmaq sevindiricidir. Rəqibin heyətində güclü futbolçular var. Onlara qarşı ciddi hazırlaşmışıq”.
Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək “Benfika” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 15 Sentyabr 2025 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















