“Kadi sanki “Qarabağ” üçün doğulub” Yaxın dostundan maraqlı sözlər
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kadi Borgesin Azərbaycana qayıdışı “Qarabağ”a azarkeşlik edənlərin könlünü oxşayıb.
Lakin fakt faktlığında qalır ki, braziliyalı yarımmüdafiəçi dönüşü ilə ən qısa müddətdə əsas heyətdəki yerini qaytaracaq. Necə ki, “Sabah”la oyunda “11-lik”də yer almışdı.
Belə olacağı təqdirdə isə Leandro Andrade, Aleksey Kaşuk kimi futbolçular bəzi matçlarda qarşılaşmaları ehtiyat oyunçular skamyasından izləyəcək.
Cari mövsümdə məhsuldarlığı ilə diqqət çəkən Andrade (bütün yarışlarda meydana çıxdığı 39 oyunda 11 qol və 8 assist) Sportinfo.az-a açıqlamasında Borgesin qayıdışını şərh edib:
“Kadi inanılmaz dərəcədə möhtəşəm futbolçudur və şəxsi münasibətlərimiz əladır. Biz təkcə komanda yoldaşı deyilik, həm də yaxın dostlarıq.
Onun “Qarabağ”a qayıtmasına çox sevindim. Çünki onun gəlişi komandamızı gücləndirir, hər birimizə əlavə ruh yüksəkliyi verir.
Kadi “Qarabağ”a bağlıdır, sanki “Qarabağ” üçün doğulub. Kimin hansı vaxtda meydanda olacağına dair qərarı baş məşqçimiz verir.
Bu barədə nə düşünürəm, nə də narahatlıq keçirirəm. Əsas odur uğurlara birlikdə sevinək”.
HƏBİB
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 25 Fevral 2025 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















