Icma.az
close
up
RU
“Kadillak” “General Motors” mühərrikləri ilə başlayacaq

“Kadillak” “General Motors” mühərrikləri ilə başlayacaq

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2026-cı ildən “Formula-1” üzrə dünya çempionatının iştirakçıları siyahısına 11-ci komandanın qoşulacağını xəbər vermişdik.

Bəli, həmin komanda “Kadillak” olacaq və “General Motors” şirkətini təmsil edəcək. “Kadillak” ilk iki mövsümdə “Ferrari” mühərrikləri ilə yarışacaq, 2028-ə qədər isə artıq özünün mühərrikini yaradacaq. “General Motors”un prezidenti Mark Russun bununla bağlı fikirləri:

“Avtoidmanın zirvəsi olan “Formula-1” yüksək səviyyə və yenilikçi qərarlar tələb edir. Dünyanın ən nüfuzlu idman yarışında iştirak “General Motors” və “Cadillac” üçün böyük şərəfdi. Bu idman növünü bütün dünyadan olan azarkeşləri üçün daha cəlbedici hala gətirmək, entuziazm ilə yarışmaq istəyirik”.


“Kadillak”ın kimə əsas pilot kimi güvənəcəyi ilə bağlı da xəbər yayılıb. Söhbət “IndyCar” çempionatında yarışan gənc amerikalı Kolton Hertadan gedir.
Xatırladaq ki, “Formula-1” üzrə dünya çempionatında iştirakçıların sayı son 10 ildə ilk dəfə artacaq. Hazırda DÇ-də 10 komanda mübarizə aparır.
Bu arada “Formula-1” üzrə dünya çempionatının rəhbərliyi İtaliya “Qran-pri”si ilə bağlı müqavilə müddətinin 2031-ci ilə qədər uzadıldığını elan edib. Montsa mərhələsi 1950-ci ildən keçirilir. İstisna yalnız 1980 mövsümünə aiddi ki, onda yarış İmolada baş tutub.
Montsa “kral avtoyarışları”nın təqvimində ən sürətli trasslardan biri sayılır. 11 döngəsi olan trassın uzunluğu 5793 metrdi (əsas xətt üzrə).
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Dekabr 2024 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri