Kadırov əsir götürülən ukraynalıların videosunu paylaşdı Təslim olun!
Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.
Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynanın Donetsk vilayətinin Baxmut rayonunda yerləşən Çasov Yar şəhəri yaxınlığında "Axmat" xüsusi təyinatlıları tərəfindən əsir götürülən iki ukraynalı əsgərin videosunu dərc edib.
Teleqraf.com xəbər verdi ki, o, Rusiya tərəfinin əsir düşən hərbçilərlə humanist davrandığını qeyd edib və ukraynalıları təslim olmağa çağırıb.
"Hər ikisi, özünüz də gördüyünüz kimi, sağlamdır, əla fiziki vəziyyətdədir, yaxşı qidalanır, onları heç kim təhqir etmir, döymür. Əsirlər Rusiya tərəfdən onlara yaxşı münasibət bəslənildiyini təsdiqləyirlər. Bizim tərəfimizdən bütün hərbi əsirlərə qarşı belə humanist münasibət var", - o, Teleqram kanalında yazıb.
Çeçenistan rəhbəri Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən ukraynalıları təslim olmağa çağırıb.
"Bizim düşmənimiz yalnız əlində silah Rusiyanın və hərbçilərimizin maraqlarına zidd hərəkət edənlərdir. Onlara mərhəmət edilməyəcək. Ona görə də tövsiyə edirəm ki, Ukrayna qoşunlarının tərəfində olan hər kəs Rusiya ordusuna təslim olsun və bununla da canlarını xilas etsinlər", - Kadırov yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 06 Fevral 2025 00:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















