Kadırov: “Mənim ölümümü görmək istəyənlər buna çata bilməyəcək”
Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Çeçenistanın rəhbəri Ramzan Kadırov onun səhhəti və guya ölümü ilə bağlı yayılan məlumatlara sərt cavab verib. O, bu mövzu ətrafında ucuz təbliğat aparanlara üz tutaraq bildirib ki, belə insanların gözlədiyi nəticə baş verməyəcək.
Doğru.az xəbər verir ki, Kadırov respublikanın hökumət üzvləri ilə keçirilən görüş zamanı çıxışında yayılan şayiələri təkzib edib. O deyib:
“Ucuz şeylər yazanlara müraciət edirəm – biz sağıq… Onların fikrincə, əgər insan görüşlərə getmirsə, deməli, ya xəstədir, ya da artıq ölüb. Amma mən əminəm ki, siz bunu görmək üçün yaşaya bilməyəcəksiniz.”
Ramzan Kadırovun bu fikirləri Rusiya mediası, o cümlədən RİA Novosti tərəfindən də işıqlandırılıb.
Xatırladaq ki, may ayında da Kadırov onun xəstə olduğuna dair yayılan məlumatları şayiə adlandırmış və özünün sağlam olduğunu bəyan etmişdi.
DOĞRU.AZ
Baxış sayı:124
Bu xəbər 04 İyul 2025 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















