Kadırov postunu tərk etmək istəyir
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çeçenistan rəhbəri Ramzan Kadırov vəzifəsini tərk etmək niyyətindədir.
“Qafqazinfo” xəbər verir ki, bunu “Çeçnya seqodnya” agentliyinə R.Kadırov özü açıqlayıb.
Bildirilib ki, Çeçenistan rəhbəri bununla da istefaya yollana biləcəyi ilə bağlı yayılan şayiələri şərh edib:
“Özüm xahiş edirəm ki, məni vəzifəmdən azad etsinlər. Yeni şəxsin öz təşəbbüsləri, öz nəzər nöqteyi olacaq. Ümid edirəm ki, mənim xahişimi dəstəkləyəcəklər”.
Bununla belə, Kadırov vəzifəsindən azad edilməsi ilə bağlı məhz kimə müraciət etdiyini qeyd etməyib.

