“Kadırov Rusiya üçün əvəzedilməzdir, onun hakimiyyətdən getməsi…” NƏLƏR BAŞ VERİR? KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əgər Ramzan Kadırov həqiqətən də Çeçenistanı idarə etməyi dayandırsa, bu, regionda gözlənilməz təhlükəsizlik problemləri yarada və hətta bütün Kreml rejiminin sabitliyini təhdid edə bilər. Bu barədə ABŞ Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Bəs görəsən, Putin Kadırovu vəzifəsindən azad edə bilərmi? Əgər belə bir addım atsa, regionda və Kremldə sabitlik pozulacaqmı?
Mövzunu KONKRET.az-a politoloq Cavanşir Abbaslı şərh edib:
“Kadırovun gedişi regionda sabitliyi pozmayacaq. O, bilavasitə Putin hakimiyyətinin nəzarətində olan şəxsdir. Ona görə də, Kadırovun getməsi və ya başqa şəxsinin hakimiyyətə gəlməsi nələrisə dəyişməyəcək. Ancaq Rusiya özü istəsə, regionda vəziyyəti dəyişə bilər. Hesab edirəm ki, indiki şəraitdə Kadırovun hakimiyyətdən getməsi o qədər də inandırıcı görünmür. Çünki Putin üçün Çeçenistanda Kadırovdan daha yaxın ikinci bir şəxs yoxdur. Yaş və digər xüsusiyyətlərə nəzər salsaq, Ramzan Kadırov Rusiya üçün əvəzedilməzdir. Üstəlik, onun hakimiyyətdən getməsi və Kremlin Kadırovu uzaqlaşdırması üçün heç bir əsas yoxdur. Düşünürəm ki, Moskva onun hakimiyyətdən getməsinə icazə verməyəcək”.
Müşviq Tofiqoğlu
KONKRET.az
Baxış sayı:113
Bu xəbər 08 May 2025 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















