Kadırov tələb etdi: Rusiya gerbindən xaç götürüldü
Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çeçenistan rəhbəri Ramzan Kadırovun istəyi ilə Kremlin saytındakı Rusiya gerbindən xaç işarəsi götürülüb.
Sitat.info xəbər verir ki, bu barədə “Kremlyovskata Tabakerka” Teleqram kanalı Rusiya Prezident Administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.
“Biz bunu Ramzan Kadırovun istəyi ilə etdik. Rusiyanın çoxkonfessiyalı təbiətinə və digər dinlərin, o cümlədən İslamın dövlət tarixində xüsusi roluna hörmət əlaməti olaraq”, - Kremldəki mənbə bildirib.
Vladimir Putinin bu məsələdən xəbərinin olub-olmaması ilə bağlı məlumat verilməyib.
Kadırovun ətrafındakı mənbələr də faktı kanala təsdiqləyiblər:
“Kadırov özünün PA-dakı yaxşı tanışlarından gerbdəki xaç işarəsinin götürülməsini istəyib. Müraciət çeçenlərin və digər müsəlmanların hərbi əməliyyatda böyük rolu və onların dini hisslərinə hörmət edilməsi zərurəti ilə bağlı idi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 21 May 2025 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















